RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi, görkəmli dövlət xadimini Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Hörmətli İlham Heydər oğlu, Azərbaycanda demokratik dəyişikliklərin həyata keçirilməsində, onun iqtisadi inkişafının aparıcı dünya dövlətlərinin iqtisadiyyatları səviyyəsinə qaldırılmasında Sizə böyük uğurlar arzulayırıq.
Çox böyük siyasi və elmi potensialınıza bələd olduğumuza görə əminik ki, Siz Heydər Əlirza oğlunun Azərbaycanda başladığı mütərəqqi dəyişiklikləri davam etdirəcək və xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəksiniz.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansaglığı və Azərbaycanda sülhə, həmrəyliyə, iqtisadi və siyasi sabitliyə nail olmaq istiqamətində bütün niyyətlərinizin həyata keçməsində uğurlar arzulayırıq.
Şəhər sakinləri adından dərin hörmətlə,
F.Qazıəhmədov
Dərbənd şəhər icra hakimiyyətinin başçısı
Dərbənd, 24 oktyabr 2003-cü il.