RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Respublika vətəndaşları və bütün dünyada yaşayan azərbaycanlılar dövlət hakimiyyətini və sabitliyi möhkəmlətmək üçün göstərdiyiniz səyləri dəstəklədiklərini bildirirlər. Biz Sizin atanızın - çox hörmətli Heydər Əlirza oğlu Əliyevin insanın hüquq və azadlıqlarını ali dəyər kimi təsbit edən demokratik, hüquqi dövlət qurulmasına yönəldilmiş siyasi xəttini dəstəkləyirik. Siz bu xəttin layiqli davamçısısınız.
Vaxtı çatmış siyasi və sosial-iqtisadi problemlərin daha uğurla həlli üçün indi hər cür imkanlar var. Dünyada bizim yerimiz də, əmin-amanlığımız və firavanlığımız da, respublikanın nüfuzu da bundan bilavasitə asılı olacaqdır.
Bizim ümumi məqsədimiz insanlara layiqli həyatı təmin etməkdir. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı bu məqsədə çatmağa doğru qətiyyətlə və ardıcıl surətdə irəliləyəcəkdir.
Biz Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində fəaliyyətdə Sizə bundan sonra da hər cür kömək göstərməyə hazır olduğumuzu bildiririk.
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Vətənin rifahı naminə işinizdə böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
Akif Gilalov
“ZARR” qrupunun prezidenti,
Ümumdünya Dağ Yəhudiləri
Konqresinin baş katibi
Moskva, 16 oktyabr 2003-cü il.