RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli cənab Əliyev!
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən xüsusi şərəf və məmnunluq duyuram.
Bolqarıstan Sosialist Partiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə bu ali dövlət vəzifəsində fəaliyyətinizdə uğurlar arzuladığımızı bildirmək istəyirəm.
Prezident seçkilərində belə inamlı qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə etimad göstərildiyinə sübutdur. Şübhə etmirik ki, bu, Azərbaycanın və onun ləyaqətli xalqının gələcək demokratik inkişafı və tərəqqisi üçün fəal və enerji ilə işləməyinizdən ötrü həlledici amil və stimul olacaqdır.
Fürsətdən istifadə edərək, həmçinin bildirmək istəyirəm ki, biz xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı surətdə faydalı əlaqələrin uğurla inkişafına və genişlənməsinə bundan sonra da kömək göstərməyə hazırıq. Əminik ki, bu nəcib işdə biz Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi dəstəyinizə tamamilə ümid bəsləyə bilərik.
Dərin hörmətlə,
Sergey Stanişev
Bolqarıstan Sosialist Partiyası Ali Şurasının sədri
Sofiya, 24 oktyabr 2003-cü il.