RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik etməkdən şərəf duyuram.
Zati-aliləri, fürsətdən istifadə edərək, Dünya Meteorologiya Təşkilatı adından və şəxsən öz adımdan Sizə bu vəzifədə olduğunuz dövrdə milli, regional və beynəlxalq səviyyələrdə işinizdə hər cür uğurlar arzuladığımızı bildirmək istərdim. Sizi həmçinin əmin etmək istərdim ki, DMT Azərbaycan Respublikasının sabit inkişafına töhfə vermək sahəsində öz vəzifəsini yerinə yetirməkdə ölkənizin Hidrometeorologiya Departamentinə bundan sonra da kömək göstərəcəkdir.
Mən Azərbaycan Respublikası ilə Dünya Meteorologiya Təşkilatı arasında səmərəli əməkdaşlığın daim möhkəmləndiriləcəyinə ümid bəsləyirəm.
Azərbaycan Respublikasının xalqına Sizin rəhbərliyinizlə inkişaf yolunda möhkəm sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə dərin hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,
Q.Obasi
Dünya Meteorologiya Təşkilatının
baş katibi
Cenevrə, 28 oktyabr 2003-cü il.