RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşitməkdən çox məmnun olduq. Xahiş edirik səmimi təbriklərimizi qəbul edəsiniz. Biz Sizin seçilməyinizi, Azərbaycan Respublikasını vacib keçid mərhələsindən adladaraq, parlaq gələcəyə uğurla aparan müdrik atanız cənab Heydər Əliyevin düşünülmüş siyasətinin təsdiqi kimi qəbul edirik. Bildirmək istəyirik ki, Bayerişe Landesbank gözəl ölkənizin iqtisadi inkişafını dəstəkləməkdə maraqlıdır.
Keçmişdə Bayerişe Landesbank ölkənizdə bir sıra layihələri maliyyələşdirmişdir. Biz Sizinlə və Azərbaycan Respublikasının hökuməti ilə yaxşı və uğurlu işgüzar münasibətlərin davam etdirilməsini səbirsizliklə gözləyirik.
Səmimiyyətlə Sizin,
Q.Qarner
Bayerişe Landesbankın baş vitse-prezidenti
Doktor P.Trepte
birinci vitse-prezident.