RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Amerikanın Azərbaycan Cəmiyyəti Sizi bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edir. ABŞ-dakı bütün azərbaycanlılar yeni vəzifənizə başlamağınız ərəfəsində Sizə ən xoş arzularını və ən səmimi salamlarını çatdırırlar.
Birləşmiş Ştatlarda ən böyük diaspor qrupu kimi, azərbaycanlı amerikalılar Azərbaycan mədəniyyəti və tarixinin bütün dünyaya daha da geniş yayılmasında Sizinlə işləmək arzusundadırlar. Mədəniyyətimiz özündə bir çox böyük amilləri cəmləşdirir və onlar Azərbaycanda, bütün dünyada demokratiyanın daha da möhkəmlənməsinə bir töhfə kimi dəyərləndirilməlidir. Biz özümüzü həm Azərbaycandakı demokratik islahatların, həm də iqtisadi, siyasi və mədəni istiqamətdə regiona güclü təsirin nümunəsi kimi göstərmək istəyirik. Düşünürəm ki, biz düz istiqamətdə işləyirik.
Orta Şərq ölkələrindəki qeyri-sabitliyi və münaqişələri nəzərə alaraq, regionda güclü liderliyi təmin etməkdən ötrü ABŞ və Qərbin digər demokratik ölkələri ilə möhkəm əlarələrin inkişaf etdirilməsi üçün çox gərgin iş aparılması vacibdir. Biz azərbaycanlı amerikalılar olaraq, bu məsələdə yardımçı olmaq istəyirik və bunu Amerikanın Azərbaycan Cəmiyyətinin əsas vəzifəsi hesab edirik.
Azərbaycan mədəniyyətinin amerikalılara təqdim edilməsi də bizim buradakı missiyamızın vacib hissələrindən biridir. Azərbaycanlı amerikalılar ilə Sizin hökumət arasındakı əməkdaşlığı dəstəkləyərək, əvvəllər olduğu kimi, birgə işləmək arzusundayıq.
Bir daha Sizi təbrik edir və ümid edirik ki, Siz güclü və daha qüdrətli Azərbaycanın qurulması istiqamətində fəaliyyətinizi davam etdirəcək, eyni zamanda, daim qloballaşan dünyada Azərbaycana kömək etmək üçün azərbaycanlı amerikalılar ilə də sıx əlaqələri daha da gücləndirəcəksiniz.
Hörmətlə,
Tomris Azəri
Amerikanın Azərbaycan Cəmiyyətinin
prezidenti
27 oktyabr 2003-cü il.