Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 81, №7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il, №6, maddə 360, №11, maddə 683, №12, maddə 736; 2003-cü il, №1, maddələr 1, 3; 2005-ci il, №8, maddə 684) 6-cı maddəsinin 2-ci hissəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “xüsusi icazə” sözləri “xüsusi razılıq” sözləri ilə əvəz edilsin.

II. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 6, №3, maddə 226, №4, maddə 280; 2000-ci il, №7, maddə 489; 2001-ci il, №11, maddə 686, №12, maddə 736; 2002-ci il, №5, maddələr 241, 248; 2003-cü il, №1, maddələr 1, 16, №12, I kitab, maddə 673; 2004-cü il, №3, maddə 123; 2006-cı il, №8, maddə 657) 7-ci maddəsinin on dördüncü abzasında “xüsusi icazə” sözləri “xüsusi razılıq” sözləri ilə əvəz edilsin.

III. “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №16, maddə 211; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il, №11, maddə 683; 2005-ci il, №8, maddə 684) 9-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci və 5-ci bəndlər çıxarılsın;

2. 7-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

IV. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 360, №11, maddə 683, №12, maddə 736; 2002-ci il, №1, maddə 11, №5, maddə 241; 2003-cü il, №1, maddə 1; 2004-cü il, №4, maddə 202) 7-ci maddəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olmaq üçün investisiya fəaliyyətinin iştirakçıları lisenziya almalıdırlar”.

V. “Damazlıq işi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 24; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddə 241) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin ikinci hissəsində “göstərilməsi ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan” sözləri “göstərən” sözü ilə əvəz edilsin və üçüncü hissəsi çıxarılsın;

2. 17-ci maddənin beşinci abzası çıxarılsın.

VI. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 92; 2001-ci il, №11, maddə 683; 2004-cü il, №2, maddə 57, №10, maddə 761) 6-cı maddəsinin 5-ci bəndinin ikinci abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “müvafiq icazə” sözləri ilə əvəz edilsin.

VII. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 415; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 235, 237, №12, maddə 706; 2004-cü il, №4, maddə 202, №6, maddə 396, №10, maddələr 761, 779) 21-ci maddəsinin ikinci hissəsində “orqanının razılığı” sözləri “orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya)” sözləri ilə əvəz edilsin.

VIII. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 447; 1999-cu il, №10, maddə 570; 2000-ci il, №12, maddə 835; 2001-ci il, №11, maddələr 676, 686, 695, №12, maddə 736; 2002-ci il, №1, maddə 4, №8, maddə 463; 2003-cü il, №1, maddələr 3, 16, 23; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №6, maddə 400, №7, maddə 505; 2005-ci il, №4, maddə 277, №10, maddə 876, №11, maddə 994) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 53-cü maddənin adında, 1-ci və 2-ci hissələrində “lisenziya” sözü “icazə” sözü ilə əvəz edilsin, 3-cü hissə çıxarılsın;

2. 54-cü maddənin 3-cü abzasında “rüsumsuz ticarət mağazası təsis etmək üçün verilən lisenziyanın şərtlərinə riayət etmək və” sözləri çıxarılsın;

3. 56-cı maddədə ismin müvafiq hallarında “lisenziya” sözü ismin müvafiq hallarında “icazə” sözü ilə əvəz edilsin;

4. 59-cu maddənin adında və mətnində ismin müvafiq hallarında “lisenziya” sözü ismin müvafiq hallarında “icazə” sözü ilə əvəz edilsin;

5. 89-cu maddənin adında və mətnində ismin müvafiq hallarında “lisenziya” sözü ismin müvafiq hallarında “icazə” sözü ilə əvəz edilsin;

6. 93-cü maddədə və 95-ci maddənin 1-ci hissəsində “lisenziya” sözü “icazə” sözü ilə əvəz edilsin;

7. 162-ci maddənin birinci hissəsində “lisenziya” sözü “icazə” sözü ilə əvəz edilsin;

8. 163-cü maddənin adında və mətnində ismin müvafiq hallarında “lisenziya” sözü ismin müvafiq hallarında “icazə” sözü ilə əvəz edilsin.

IX. Azərbaycan Respublikasının Su Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 135; 1999-cu il, №8, maddə 476; 2002-ci il, №5, maddə 237; 2003-cü il, №1, maddə 10; 2004-cü il, №2, maddə 57; 2006-cı il, №11, maddə 923; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 314-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 34-cü maddənin birinci hissəsinin ikinci cümləsində “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz edilsin, “növləri” sözündən sonra “və icazənin verilməsi qaydaları” sözləri əlavə edilsin;

2. 18-ci maddənin səkkizinci abzasında, 33-cü maddənin yeddinci hissəsində, 38-ci, 40-cı və 50-ci maddələrin birinci hissələrində, 82-ci maddənin dördüncü hissəsində və 103-cü maddənin beşinci abzasında “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz edilsin.

X. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 224; 1999-cu il, №8, maddə 476; 2001-ci il, №11, maddələr 673, 696, №12, maddə 736; 2004-cü il, №7, maddə 505) aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddənin ikinci hissəsində “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilsin;

2. 9-cu maddənin birinci hissəsinin ikinci-dördüncü və yeddinci abzaslarında, ikinci hissəsində və üçüncü hissəsinin on üçüncü abzasında ismin müvafiq hallarında “xüsusi razılıq” sözlərindən sonra ismin müvafiq hallarında “və ya icazə” sözləri əlavə edilsin;

3. 10-cu maddənin dördüncü hissəsində “Xüsusi razılığa uyğun olaraq geoloji” sözləri “Geoloji” sözü ilə əvəz edilsin;

4. 13-cü maddənin birinci, üçüncü, altıncı və səkkizinci hissələrində “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri, dördüncü hissəsində “xüsusi razılığa” sözlərindən sonra “və ya icazəyə” sözləri əlavə edilsin və beşinci hissəsi çıxarılsın;

5. 18-ci maddənin birinci hissəsinin 1-3-cü bəndlərində, ikinci hissənin birinci abzasında, 2-ci və 7-ci bəndlərində “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri, ikinci hissəsinin 5-ci bəndində “xüsusi razılıqda” sözlərindən sonra “icazədə” sözü əlavə edilsin.

6. 12-ci maddənin altıncı hissəsində, 14-cü maddənin adında, birinci hissəsində, ikinci hissəsinin birinci, dördüncü və altıncı abzaslarında, 15-ci maddənin üçüncü abzasında, 19-cu maddənin birinci, ikinci və yeddinci hissələrində, 20-ci maddənin ikinci-altıncı hissələrində, 24-cü maddənin birinci hissəsində, 25-ci, 35-ci, 43-cü və 45-ci maddələrin ikinci hissələrində, 46-cı maddənin on üçüncü abzasında ismin müvafiq hallarında “xüsusi razılıq” sözlərindən sonra ismin müvafiq hallarında “və ya icazə” sözləri əlavə edilsin.

XI. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 362; 2002-ci il, №5, maddə 241; 2004-cü il, №2, maddə 57) 14-cü maddəsinin ikinci hissəsindən “xüsusi” sözü çıxarılsın.

XII. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 364; 2005-ci il, №6, maddə 466; 2006-cı il, №12, maddə 1005) 7-ci maddəsinin dördüncü hissəsi çıxarılsın.

XIII. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 374; 2002-ci il, №12, maddə 709) 5-ci maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci hissədə “xüsusi icazə əsasında” sözləri çıxarılsın;

2. üçüncü hissədən “bu fəaliyyətə xüsusi icazəsi olan” sözləri çıxarılsın;

3. dördüncü hissədən “memarlıq fəaliyyətinə xüsusi icazə verilməsi və ona nəzarət” sözləri çıxarılsın;

4. beşinci hissədən “xüsusi icazəsi olan” sözləri çıxarılsın.

XIV. “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №7, maddə 443; 2004-cü il, №1, maddə 6, №2, maddə 57; 2006-cı il, №2, maddə 64) 13-cü maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Kartoqrafiya fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir”.

XV. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 482) 11-ci maddəsinin ikinci hissəsi çıxarılsın.

XVI. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 489; 2001-ci il, №12, maddə 736; 2005-ci il, №8, maddə 684) 6-cı maddəsindən “və kinematoqrafiya fəaliyyətinə xüsusi icazə verilməsi” sözləri çıxarılsın.

XVII. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 562; 2002-ci il, №5, maddə 241) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin birinci hissəsindən “xüsusi razılıq almış” sözləri çıxarılsın;

2. 10-cu maddənin beşinci abzasından “qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədləri təqdim etmək” sözləri çıxarılsın.

XVIII. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 606; 2002-ci il, №4, I kitab, maddə 165) 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının əvvəlinə “qanunvericiliklə nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin.

XIX. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 157; 2006-cı il, №6, maddə 478) 20-ci maddəsinin ikinci hissəsi çıxarılsın.

XX. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 469; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №12, I kitab, maddə 672) 6-cı maddəsinin yeddinci abzasından “fəaliyyətinin lisenziyalaşdırılmasının və” sözləri çıxarılsın.

XXI. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 470; 2004-cü il, №2, maddə 57, №7, maddə 505, №11, maddə 902) 14-cü maddəsinin ikinci hissəsindən “xüsusi” sözü çıxarılsın.

XXII. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 473; 2001-ci il, №11, maddə 676; 2002-ci il, №5, maddə 241) 16-cı maddəsində “bu fəaliyyətə xüsusi icazəsi olan” sözləri “xüsusi razılıq (lisenziya) əsasında” sözləri ilə əvəz edilsin.

XXIII. “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 3) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin birinci-üçüncü hissələrində və 15-ci maddənin birinci hissəsində “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz edilsin;

2. 16-cı maddənin birinci hissəsində və 17-ci maddədə “xüsusi razılığın” sözləri “icazənin” sözü ilə əvəz edilsin.

XXIV. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №2, maddə 81; 2005-ci il, №4, maddə 278) 14-cü maddəsinin 2-ci bəndindən “bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən” sözləri çıxarılsın.

XXV. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 125; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №11, maddə 901; 2006-cı il, №6, maddə 478) 21-ci maddəsinin birinci hissəsindən “qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xüsusi razılıq sistemi tətbiq edilir,” sözləri çıxarılsın.

XXVI. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 129; 2001-ci il, №3, maddə 144; 2002-ci il, №5, maddə 240; 2004-cü il, №6, maddə 396) 17-ci maddəsinin ikinci hissəsi çıxarılsın.

XXVII. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 581; 2002-ci il, №12, maddə 709; 2004-cü il, №7, maddə 505) 18-ci maddəsinin birinci hissəsinin ikinci abzasından “xüsusi razılığın nömrəsi və verilmə tarixi” sözləri çıxarılsın.

XXVIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli, 6 mart tarixli 260-IIIQD, 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 1 may tarixli 322-IIIQD nömrəli və 31 may tarixli 357-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 71-ci maddənin:

1.1. adında “xüsusi razılıq (lisenziya)” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilsin;

1.2. birinci abzasında “xüsusi razılıq (lisenziya)” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilsin və “lisenziyada” sözü “həmin sənəddə” sözləri ilə əvəz edilsin;

2. 85.0.10-cu maddədə “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilsin;

3. 101.1.3-cü maddədə “xüsusi razılıq (lisenziya)” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilsin;

4. 119.0.5-ci və 242-ci maddələr çıxarılsın;

5. 280-ci maddədən “malların emalına lisenziya verilməsi” sözləri “icazə olmadan malın emal edilməsi” sözləri ilə əvəz edilsin.

XXIX. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 519; 2005-ci il, №4, maddə 271) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1-ci maddədə “xüsusi razılıq alınmadan” sözləri “bələdiyyələrə məlumat verməklə” sözləri ilə əvəz edilsin;

2. 14-cü maddənin adında və mətnində ismin müvafiq hallarında “xüsusi razılıq” sözləri ismin müvafiq hallarında “icazə” sözü ilə əvəz edilsin.

XXX. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 522, №12, maddə 731; 2003-cü il, №1, maddə 16) 14-cü maddəsində “İşədüzəltmədə” sözü “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində” sözləri ilə əvəz edilsin.

XXXI. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 568; 2002-ci il, №5, maddə 240; 2003-cü il, №1, maddə 6; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli Qanunu) 4.0.5-ci və 14.3.1-ci maddələrində “xüsusi icazə” və “xüsusi icazəsi” sözləri müvafiq olaraq “xüsusi razılıq (lisenziya)” və “xüsusi razılığı (lisenziyası)” sözləri ilə əvəz edilsin.

XXXII. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 577; 2002-ci il, №5, maddə 240; 2003-cü il, №12, I kitab, maddə 697) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 14.2-ci maddənin ikinci cümləsi çıxarılsın;

2. 14.3-cü maddənin birinci və ikinci cümlələrində “razılığın” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.

XXXIII. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 3; 2003-cü il, №1, maddə 15, №12, I kitab, maddə 674; 2005-ci il, №4, maddə 278; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli Qanunu) 5.0.4-cü, 10.2-ci, 22.2.1-ci və 26.1-ci maddələrində “xüsusi icazə” sözləri “xüsusi razılıq (lisenziya)” sözləri ilə əvəz edilsin.

XXXIV. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 984) 47.1-ci maddəsində “xüsusi icazələrin” sözləri “xüsusi razılıqların” sözləri ilə əvəz edilsin.

XXXV. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 695) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 6-cı maddənin adında, 6.1-6.3-cü və 17-ci maddələrdə ismin müvafiq hallarında “lisenziya” sözündən əvvəl “icazə və ya” sözləri əlavə edilsin;

2. 13-cü maddədən “bu növ fəaliyyət üçün lisenziya (xüsusi razılıq)” sözləri “icazə” sözü ilə əvəz edilsin;

3. 18.1-ci maddədə “dövriyyəsi ilə bağlı fəaliyyət növünə lisenziya (xüsusi razılıq)” sözləri “dövriyyəsinə icazə” sözləri ilə əvəz edilsin;

4. 18.2-ci maddədə “lisenziya (xüsusi razılıq)” sözləri “icazə” sözü ilə əvəz edilsin.

XXXVI. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 15 dekabr tarixli 406 nömrəli Qərarının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №23, maddə 1014) 2-ci bəndinin dördüncü abzası və 3-cü bəndi çıxarılsın.

XXXVII. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №19, maddə 327; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2004-cü il, №6, maddə 397; 2005-ci il, №8, maddə 684) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”nin 19-cu bəndinin ikinci abzasından “və lisenziyaların verilməsindən” sözləri çıxarılsın.

XXXVIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin