Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARADILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 91) 2-ci bəndinin dördüncü abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

2. «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 925 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 476) «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 540; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddə 87, № 10, maddə 1011; 2008-ci il, № 3, maddə 168) ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın 3.7-ci bəndinin «İcraçılar» sütununda «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

4. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 770; 2007-ci il, № 11, maddə 1134) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin ikinci abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 982 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 775; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 5, maddə 459) ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» üzrə həyata keçiriləcək Tədbirlərin 3.9-cu, 7.2-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.12-ci və 7.13-cü bəndlərinin «İcraçılar» sütununda «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

6. «Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 602) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on ikinci abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

7. «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 723) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin dördüncü abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

8. «Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 977) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin səkkizinci abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

9. «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 248) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on yeddinci abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 346) ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.6.2-ci və 8.6.3-cü bəndlərinin «İcraçılar» sütununda «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 504) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)» həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.13-cü bəndinin «İcraçılar» sütununda «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

12. «Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 650) 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on ikinci abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

13. «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1148) 1-ci bəndinin «Birgə komissiyanın üzvləri» bölməsinin altıncı abzasında «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 901) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.8.3-cü bəndində «XÖYAİDK» akronimi «DİDK» akronimi ilə, «Akronimlər» bölməsində isə «XÖYAİDK Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «DİDK Diasporla» sözləri ilə əvəz edilsin.

15. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin