İQTİSADİYYAT


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT FONDUNA TEXNİKİ YARDIM GÖSTƏRƏCƏK ABŞ ŞİRKƏTİ MÜƏYYƏNLƏŞDİRİLDİ

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) arasında Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi ilə 2004-cü il mayın 19-da imzalanmış sazişə əsasən keçirilən müsabiqənin qalibi elan edilmişdir.

Müqavilənin şərtlərinə görə, ARDNF-ə texniki yardım göstərmək məqsədi daşıyan bu müsabiqədə yalnız ABŞ şirkətləri iştirak edə bilərdi. Müsabiqənin qalibi Overture Managed Solutions (OMS) şirkəti 8 iştirakçı şirkət arasından seçilmişdir. Qalib şirkətlə müqavilənin imzalanması və onun TİA tərəfindən bəyənilməsi prosesi 2 aydan artıq çəkə bilər. TİA-nın bu layihəyə ayırdığı qrant-yardımın məbləği 1 milyon 91 min ABŞ dollarıdır.

Baş ofisi Nyu-Yorkda yerləşən OMS şirkəti Overture Asset Managers LLC qrupunun bir hissəsi olaraq maliyyə təsisatlarında vəsaitlərin yerləşdirilməsi və ən müasir idarəetmə sistemləri üzrə ixtisaslaşmışdır. OMS, həmçinin vəsaitləri idarə edən maliyyə qurumları, təqaüd (pensiya) fondları və digər institusional fondlar üçün bu sistemlərin tətbiqi üzrə məsləhət xidmətlərini və kadr hazırlanmasını da həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.