RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLIKASININ EKS-PREZIDENTI HEYDƏR ƏLIRZA OĞLU ƏLIYEVIN DƏFN MƏRASIMININ TƏŞKILI ÜZRƏ DÖVLƏT KOMISSIYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasında 7 günlük ümummilli matəm elan edilsin. Matəm günlərində Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikasının dövlət bayraqları endirilsin, konsert və əyləncə proqramlarının keçirilməsi və yayımlanması dayandırılsın.
2. Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Fəxri Xiyabanda keçirilsin.
3. Heydər Əliyevin dəfn mərasiminin təşkili üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
Dövlət Komissiyasının üzvləri
Murtuz Ələsgərov - Azərbaycan
Respublikası Milli Məclisinin sədri
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
Fərhad Abdullayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Vilayət Quliyev - Azərbaycan Respublikasının xarici işlər naziri
Səfər Əbiyev - Azərbaycan Respublikasının müdafiə naziri
Namiq Abbasov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
İlham Əliyev,Azərbaycan Respublikasının Prezidenti.Bakı şəhəri, 13 dekabr 2003-cü il.