AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNƏ DAİR MƏLUMAT TOPLUSU ON İLDƏN BİR NƏŞR ETDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü”nə dair məlumatlar toplusu Milli Məclis tərəfindən nəşr etdiriləcəkdir.
Milli Məclisdən bildirmişlər ki, sonuncu belə toplu 1979-cu ildə nəşr olunmuşdur. Ötən dövr ərzində Azərbaycan Respublikasının ərazi quruluşunda və inzibati ərazi bölgüsündə bir sıra dəyişikliklər baş vermişdir. Qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları öz ərazilərində baş verən dəyişikliklər, coğrafi, tarixi adların dəyişdirilməsi və ya bərpası ilə bağlı Milli Məclisə məlumat verəcək və bu məlumatlar əsasında hər on ildən bir ölkənin inzibati ərazi bölgüsünə dair məlumat toplusu nəşr etdiriləcəkdir.