Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6 maddələr 560, 561, 562, 579; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli, 1 oktyabr tarixli 421-IIIQD və 422-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 348-2-ci maddə əlavə edilsin:

“Maddə 348-2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması

348-2.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-2.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;

348-2.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;

348-2.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;

348-2.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişin aparılmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir. ”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin