Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, (II kitabda), I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, (II kitabda), I kitab, maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12, (II kitabda), I kitab, maddələr 679, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973; 2005-ci il, N 1, maddələr 4, 5, N 2, maddə 61, N 4, maddələr 272, 273, 275, 278, N 6, maddələr 462, 466; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 938-IIQD nömrəli, 24 iyun tarixli 947-IIQD, 948-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 246-cı maddənin adından "və ya mühasibat uçotunun aparılması qaydalarının pozulması" sözləri, dispozisiyasından "və ya mühasibat uçotunun aparılmasının müəyyən edilmiş qaydalarının pozulmasına" sözləri çıxarılsın.

2. 247-ci maddədə:

2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 247. Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə qaydalarının pozulması";

2.2. maddənin dispozisiyasında "Mühasibat hesabatlarının, balanslarının," sözləri çıxarılsın, "sənədlərin" sözündən əvvəl "tərtib edilməsi qanunla müəyyən edilmiş başqa" sözləri əlavə edilsin.

3. Məcəlləyə aşağıdakı məzmunda 247-1-ci maddə əlavə edilsin:

"Maddə 247-1. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanuna müvafiq olaraq hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilirlər".

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin