Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNİN TƏSDİQ EDİLMƏSİ, QÜVVƏYƏ MİNMƏSİ VƏ BUNUNLA BAĞLI HÜQUQİ TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 29 AVQUST TARİXLİ 389 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007-ci il, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008-ci il, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, № 3, maddə 163, № 4, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 98 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 2.17-ci bənddə “324-1-ci” sözü “323.1-ci” sözü ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 2.34-cü bənd əlavə edilsin:

2.34. həmin Məcəllənin 324-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur.

1.3. 3.28-ci bənddən “228.0.4-cü, 228.0.6-cı” və “237-ci” sözləri çıxarılsın və “323-cü” sözü “323.2-ci” sözü ilə əvəz edilsin;

1.4. 3.35-ci bənddə “317-ci” sözü “317.2-ci” sözü ilə əvəz edilsin;

1.5. 3.36-cı bənd üzrə:

1.5.1. “normativ sənədlərin tələblərinə” (hər iki halda) sözlərindən əvvəl “standartların və digər” sözləri əlavə edilsin və “buraxılması” sözü “istehsalı” sözü ilə əvəz edilsin;

1.5.2. “228.0.5-ci” sözündən əvvəl “228.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların istehsalı ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar işlərə Azərbaycan Respublikasının İqtisati İnkişaf Nazirliyi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin