Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ KÜRDƏMİR VƏ ŞƏMKİR RAYONLARININ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏ QİSMƏN DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Kürdəmir rayonu üzrə

Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
Qarasu kəndi Şilyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qarasu kənd inzibati ərazi vahidi yaradılsın.

Şəmkir rayonu üzrə

Keçili kənd inzibati ərazi dairəsi tərkibindəki Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
Xuluf kəndi Keçili kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xuluf kənd inzibati ərazi vahidi yaradılsın.
Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
Düzqışlaq kəndi Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Düzqışlaq kənd inzibati ərazi vahidi yaradılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin