RƏSMİ SƏNƏDLƏR


“AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 4 FEVRAL TARİXLİ 271 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 86; 2003-cü il, № 10, maddə 585; 2006-cı il, № 5, maddə 409) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1.1. “3.8.1. Zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklər edir;
3.8.2. Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalıq) idarə edir və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetməyə verir;”.
1.2. 3.40-cı bənddən “və bu işlər üçün Nazirliyin təsdiq etdiyi tariflər üzrə əyar haqqı alınmasını” sözləri çıxarılsın.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin