SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömərəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 48-ci mal qrupunda 1-ci sütundakı “480100” mal mövqeyinə və onun 2-ci sütundakı “Qəzet kağızı rulonlarda və vərəqlərdə” adına aid olan “480100100” və “480100900” mal yarımmövqeləri üzrə 4-cü sütunda gözstərilmiş “5” tarif dərəcəsi “0,5” tarif dərəcəsi ilə əvəz edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.