SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 6-cı bəndinin icrası ilə əlaqədar olaraq Nazirlər Kabineti qərara almışdır ki, “Büdcədən maliyyələşən idarə və təşkilatların xərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydaları” təsdiq olunsun.
X X X
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Nazirlər Kabineti qərara almışdır ki, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydaları” təsdiq edilsin.
X X X
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 17 sentyabr tarixli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının siyahısı” təsdiq edilsin.
Həc üc qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.