SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 1-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinə uyğun olaraq fiziki şəxs olan rezidentlər tərəfindən gömrük proseduralarına əməl etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasından nağd çıxarılan valyuta sərvətlərinin rüsumsuz həddi çıxarılmasına icazə verilən maksimum məbləğinin 10 faizi həcmində, bu həcmdən əlavə çıxarılan məbləğ üzrə ödənilməli olan rüsum dərəcəsi onun 1 faizi həcmində müəyyən edilsin.
“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının milli valyutasının, milli valyutada qiymətli kağızların və digər valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları haqqında” Nazirlər Kabinetinin 1998-ci il 28 aprel tarixli 95 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.