AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
AzerTAg.az
Dövlət müəssisələrinin özəlləşdirilməsindən qabaq idarəetməyə verilməsi üçün əlverişli şəraitin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-il 15 yanvar tarixli 6 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarına aşağıdakı məzmunda 1.10-cu yarımbənd əlavə edilmişdir.
“1.10. qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar”
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.
Xəbərin mətnində orfoqrafik səhv var