AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Pakistan İslam Respublikasının Prezidenti general Pərviz Müşərrəf bu il iyulun 14-də İslamabad-Tunis marşrutu ilə ölkəmizin ərazisi üzərindən keçərkən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə teleqram göndərmişdir. Teleqramın AZƏRTAC-a daxil olmuş mətnində deyilir:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri!
Azərbaycan Respublikasının ərazisi üzərindən keçərkən, Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi salamlarımı çatdırıram. Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxın dostluq münasibətləri ildən-ilə möhkəmlənəcəkdir.
Zati-alinizə uzun ömür, cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavan həyat arzulayıram.
Pakistan İslam Respublikasının
Prezidenti general Pərviz Müşərrəf.
Xəbərin mətnində orfoqrafik səhv var