Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Xəzər dənizində “Merkuri-2” bərəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu çətin anda Moldova xalqı bütün Azərbaycan xalqının ağrı-acısına şərik olduğunu bildirir. Həlak olanların doğmalarına və yaxın adamlarına şəxsən öz adımdan və Moldova xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Vladimir Voronin

Moldova Respublikasının Prezidenti

Kişinyov şəhəri, 24 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin