Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” bərəsinin bu il oktyabrın 22-də qəzaya uğraması nəticəsində, insan tələfatının olması ilə əlaqədar Qazaxıstan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Xahiş edirəm, həlak olanların ailələrinə və yaxın adamlarına da dərin hüznlə başsağlığı verdiyimizi çatdırasınız.

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Astana şəhəri, 24 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin