Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Sizin 10 iyun 2003-cü il tarixli Sərəncamınızla səhiyyə işçilərinin əmək haqlarının 50 faiz artırılması xəbəri Goranboy rayonunun bütün səhiyyə işçilərinin hədsiz sevincinə səbəb olmuşdur.

Biz bu Sərəncamı respublikamızın səhiyyəsinə Sizin göstərdiyiniz böyük diqqət və qayğının parlaq təzahürü kimi qiymətləndirir, tibb işçilərinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində son illər həyata keçirdiyiniz tədbirlərin məntiqi davamı hesab edirik.

Odur ki, rayonun çoxsaylı səhiyyə işçiləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Son vaxtlar təhsil, səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri işçilərinin və büdcədən maliyyələşən digər təşkilatlarda çalışanların əmək haqlarının artırılması bir daha onu göstərir ki, on il ərzində yorulmaq bilmədən apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı günbəgün güclənir, əhalinin rifah halı durmadan yüksəlir.

Möhtərəm cənab Prezident!

Goranboy rayonunun səhiyyə işçiləri göstərdiyiniz bu qayğıdan daha da ruhlanaraq əhalinin sağlamlığı keşiyində bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcəklər.

Biz səhiyyə işçiləri Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmiş və yüksək qiymətləndirmişik.

Əmin ola bilərsiniz ki, qarşıdan gələn prezident seçkilərində rayonun səhiyyə işçiləri yalnız yeni müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu möhtərəm Heydər Əliyevə səs verəcəklər.

Goranboy rayon səhiyyə işçiləri adından:

F.Abdullayeva, V.Abdullayev, C.Əliyev,

A.Məcidov və başqaları -cəmi: 75 imza

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin