SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
Xəbər verdiymiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 30-da Nyu-Yorka gedərkən yolüstü İslandiyanın Keflavik şəhərində dayanmışdır. Dövlətimizin başçısı qısa istirahətdən sonra Nyu-Yorka yola düşdü.
Respublikamızın rəhbəri həmin gün axşam Nyu-Yorka gəldi. Azərbaycan Prezidenti Heydər Əliyevi “Stuart” hərbi hava bazasında onun komandanı, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qarşıladılar.
Prezident Heydər Əliyev hərbi hava bazasından maşın karvanının müşayiəti ilə Nyu-Yorkda onun üçün ayrılmış iqamətgaha gəldi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
NYU-YORK