Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ANS TELEKANALINA MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 19-da axşam Klivlenddən ANS telekanalının baş redaktoru Mirşahin Ağayevə telefonla müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik. 

MİRŞAHİN AĞAYEV: Hər vaxtınız xeyir, cənab Prezident!

HEYDƏR ƏLİYEV: Salaməleyküm, axşamın xeyir, Mirşahin.

MİRŞAHİN AĞAYEV: Cənab Prezident, necəsiniz, özünüzü necə hiss edirsiniz?

HEYDƏR ƏLİYEV: Sağ ol, özümü yaxşı hiss edirəm.

MİRŞAHİN AĞAYEV: Maşallah, elə gümrah görünürsünüz, o dərəcədə gümrah addımlayırdınız ki, tamaşaçılarımızda belə təəssürat var ki, guya bu, on-on beş gün əvvəlki çəkiliş idi.

HEYDƏR ƏLİYEV: Mən elə əvvəl də gümrah olmuşam, indi də gümraham, buna heç kəsin şübhəsi olmasın. Ancaq təbiidir, cərrahiyyə əməliyyatından sonra müəyyən qədər reabilitasiya, müalicə lazımdır. Mən də indi bu dövrü keçirəm.

SUAL: Cənab Prezident, əməliyyatdan sonra keçən bu bir neçə gün ərzində özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, qan təzyiqiniz, qida rejiminiz, yuxunuz normaldırmı?

CAVAB: Hər şey normaldır, hər şey yaxşıdır, istənilən səviyyədədir, hər şey yaxşı gedir. Mən çox məmnunam ki, bu əməliyyatı da həyata keçirmişik. Həkimlərin dediyinə görə, bu, lazım idi. Mən bundan çox məmnunam və güman edirəm, çox az qalıb ki, reabilitasiya dövrü də qurtarsın və mən Vətənə gəlim və sizinlə birlikdə olum.

SUAL: İnşallah. Birdən-birə niyə belə qərar verdiniz ki, bu əməliyyatın aparılması zəruridir?

CAVAB: Bilirsiniz, birdən-birə deyildir. Məni müayinə etdilər, tibbi müayinə zamanı məlum oldu ki, belə bir şey var. Cərrahiyyə əməliyyatını etmək də olardı, bir az gözləmək də olardı. Amma mən hesab etdim ki, yaxşı olar, edək, bu da aradan çıxsın. Həkimlər də belə fikirdə idilər. Ona görə mən həkimlərin məsləhəti ilə razılaşdım və bunu da etdik.

SUAL: Həkimlər işləməyə icazə verirmi? Yəqin ki, kimlərisə qəbul edirsiniz, orada müxtəlif görüşləriniz olur.

CAVAB: Mən burada heç kəsi qəbul etmirəm. Çünki bu klinikada çox ciddi rejim var. Hər yerdən yanıma gəlmək istəyənlər çoxdur, amma mən qəbul etmirəm. İşləməyinə işləyirəm. Bütün günü işləyirəm. Buradakı vaxtla Bakıdakı vaxtın fərqi var. İndi Bakıda gün qurtarır, burada isə gün təzə başlayıbdır. Mən telefon əlaqəsi saxlayıram, respublikada ayrı-ayrı vəzifəli şəxslərdən məlumatlar alıram, lazımi göstərişlər verirəm. Respublikada gedən bütün prosesləri izləyirəm, hər şeydən xəbərdaram, hər şeyi bilirəm və hesab edirəm ki, indi respublikamızda işlər yaxşı gedir. Çox məmnunam ki, mənim respublikadan müəyyən qədər ayrı düşdüyüm zamanda ölkədə əmin-amanlıq var, rahatlıq var, asayiş normal səviyyədədir. Mən bundan çox məmnunam. Yəni respublika ilə daim əlaqəm var.

SUAL: Cənab Prezident, sonuncu sualımı verirəm, Sizi yormaq istəmirəm. Bizim bildiyimizə görə, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında Xocalı faciəsinin qara ildönümü münasibətilə tədbir keçiriləcəkdir. Bunu Amerikadakı Azərbaycan cəmiyyəti təşkil edir. Sizi dəvət ediblərmi? Dəvət olunmuşsunuzsa, iştirak edəcəksinizmi?

CAVAB: Bəli, bunu bilirəm, ancaq mənim orada iştirak etməyimə ehtiyac yoxdur. Sadəcə, mən burada müalicəmi qurtarandan sonra Bakıya gələcəyəm. Mənim orada iştirak etməyimə ehtiyac yoxdur.

MİRŞAHİN AĞAYEV: Cənab Prezident, tez sağalın. Kollektivimiz adından, Azərbaycanın bütün televiziya tamaşaçıları adından Sizə minnətdarlığımı bildirirəm.

HEYDƏR ƏLİYEV: Sağ ol. Mən də sizin ANS telekanalı vasitəsilə Azərbaycan vətəndaşlarına, həmvətənlərimə öz salamımı, sayğımı, hörmətimi, məhəbbətimi yetirirəm. Hamıya cansağlığı arzulayıram. İnsan üçün cansağlığı hər şeydən üstündür. Cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Çox məmnunam ki, sizin telekanal vasitəsilə bizim tamaşaçılarla, vətəndaşlarla bir daha ünsiyyətdə oldum.

MİRŞAHİN AĞAYEV: Təşəkkür edirəm, Sizə minnətdaram.

HEYDƏR ƏLİYEV: Sağ ol, təşəkkür edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib