Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
GÖRÜŞLƏR, SÖHBƏTLƏR, DANIŞIQLAR

Azərbaycan Prezidenti Heydər Əliyevin İndoneziyanın sənaye və ticarət naziri S.Xartarto ilə görüşü də səmimilik şəraitində keçdi. Nazir öz ölkəsinin Prezidenti Suxartonun hərarətli salamını respublikamızın dövlət başçısına çatdırdı. Azərbaycan Prezidenti səmimi minnətdarlığını bildirdi və onun da salamlarını, xoş arzularını cənab Suxartoya yetirməyi xahiş etdi.

Görüşdə hər iki dövlətin bir-birinə böyük maraq, diqqət göstərdiyi qeyd edildi.

Nazir İndoneziyada həyata keçirilən 25 illik proqram və onun nəticələri barədə Azərbaycan Prezidentinə hərtərəfli məlumat verdi. O dedi ki, bloklara qoşulmamaq hərəkatının liderlərindən biri olan İndoneziya dünyanın bir çox ölkələri ilə sıx əlaqə saxlayır və Ermənistan-Azərbaycan müharibəsinin sülh yolu ilə aradan qaldırılmasına tərəfdardır.

Görüş zamanı ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduğu xüsusi vurğulandı və bildirildi ki, çoxtərəfli əlaqələr xalqlarımızın dostluq münasibətlərinin daha da sıxlaşdırılmasında mühüm rol oynaya bilər.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Heydər Əliyev İndoneziya Prezidenti Suxartonu Azərbaycana rəsmi səfərə dəvət etdiyini ona çatdırmağı nazirdən xahiş etdi və bildirdi ki, belə görüşü mühüm hesab edir. Cənab S.Xartarto da Azərbaycana səfərə dəvət olundu. Bu dəvət məmnuniyyətlə qəbul edildi.

X X X

Respublika Prezidenti Heydər Əliyevin Sankt-Peterburqun bələdiyyə rəisi Anatoli Sobçak ilə görüşündə Bakı ilə bu şəhəri birləşdirən ənənəvi dostluq münasibətlərindən, iqtisadi əməkdaşlıqdan söhbət açıldı. Razılıq hissi ilə bildirildi ki, bu əlaqələr, xüsusilə mədəni mübadilə ənənələri, elm və təhsil sahəsində əməkdaşlıq bu gün də davam etdirilir.

Görüşdə Sankt-Peterburqda xeyli azərbaycanlı gəncin təhsil alması və zəngin bilik qazanması minnətdarlıqla qeyd olundu, bu prosesin daha da inkişaf etdirilməsi zəruriliyinə toxunuldu.

Anatoli Sobçak Azərbaycan Prezidentini 1941-45-ci illərin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 50 illiyi günlərində Sankt-Peterburqda keçiriləcək bayram mərasiminə dəvət etdi. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul etdi və öz növbəsində Anatoli Sobçakı Bakıya səfərə dəvət etdi.

X X X

Davos forumu iclaslarının keçirildiyi konqres mərkəzində Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jak Larüzye ilə görüşdü. Söhbət zamanı Azərbaycan iqtisadiyyatının bərpa və inkişaf etdirilməsi, respublikanın aparıcı aqrar və sənaye sahələrində texnika və texnologiyanın yeniləşdirilməsi, habelə ən mühüm layihələrin maliyyələşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirildi.

Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında imzalanmış müqavilənin həyata keçirilməsi yolları görüşdə ətraflı müzakirə edildi və bu sahədə bankın köməyinə ehtiyac olduğu vurğulandı.

Azərbaycanı, xalqımızın dilini, mədəniyyətini sevdiyini bildirən cənab J.Larüzye ölkəmizə həmişə səmimi dost olacağını və iqtisadi islahatların aparılması, cəmiyyətin demokratikləşdirilməsi yolunda Azərbaycanı daim müdafiə edəcəyini bildirdi.

X X X

Azərbaycanla Asiya Bankı arasında sıx əlaqələr qurulmasına böyük ehtiyac vardır və ölkəmiz bu istiqamətdə lazımi addımlar atmağa hazırdır. Respublika Prezidenti Heydər Əliyev bu fikri Asiya Bankının prezidenti Mitsua Satonu qəbul edərkən söylədi. Söhbət zamanı Azərbaycan Respublikası ilə Asiya Bankı arasında əməkdaşlıq yaradılması ilə bağlı məsələlər müzakirə olundu.

Heydər Əliyev Azərbaycanın zəngin təbii sərvətləri, potensial imkanları barədə də geniş söhbət açdı və ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi vəziyyətindən bəhs etdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Davosda BMT-nin Cenevrədəki nümayəndəliyinin baş direktoru Vladimir Petrovskini də qəbul etdi. Baş direktor Azərbaycan Prezidentini salamlayaraq dedi: Sizinlə görüşmək bizim üçün böyük hadisə, şərəfdir. Azərbaycan Respublikası beynəlxalq aləmdə özünü yaxşı cəhətdən göstərmişdir. BMT-nin baş katibi cənab Butros Qali sizə coşğun fəaliyyətinizdə uğurlar, öz minnətdarlığını və səmimi arzularını çatdırmağı xahiş etmişdir. Vladimir Petrovski Heydər Əliyevin Davos forumunda iştirakının hiss olunduğunu və onun şəxsiyyətinə burada böyük maraq göstərildiyini xüsusi qeyd etdi.

Azərbaycan Prezidenti səmimi sözlərə görə Vladimir Petrovskiyə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanda iqtisadi, demokratik islahatların aparılması və müharibənin sülh yolu ilə aradan qaldırılması problemlərindən də bəhs olundu.

Respublika Prezidenti Heydər Əliyev BMT-nin Azərbaycana göstərdiyi diqqət və qayğıdan razı qaldığını söylədi və əmin olduğunu bildirdi ki, bu nüfuzlu beynəlxalq təşkilat Azərbaycana köməyini bundan sonra da əsirgəməyəcəkdir.

X X X

Heydər Əliyev Davosdakı konqres mərkəzində Beynəlxalq Valyuta Fondu direktorunun birinci müavini Stenli Fişeri qəbul etdi. Görüşdən məqsəd mühüm iqtisadi layihələri maliyyələşdirmək yollarının müəyyənləşdirilməsi barədə müzakirələr aparmaq idi.

Azərbaycan Prezidenti respublikamızdakı ictimai-siyasi vəziyyət və müharibənin sülh yolu ilə başa çatdırılması üçün görülən tədbirlər barədə bəhs etdi. Respublikada iqtisadi islahatların həyata keçirilməsindən söhbət açan Prezident bu sahədə qarşıya çıxan çətinliklər üzərində dayandı və bildirdi ki, belə bir şəraitdə Beynəlxalq Valyuta Fondunun köməyinə ölkəmizin ciddi ehtiyacı var.

Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının möhkəmləndirilməsi, iqtisadiyyatın yenidən qurulması, xarici ölkələrin neft şirkətləri konsorsiumu ilə bağlanmış müqavilənin həyata keçirilməsi məsələlərindən də bəhs edildi.

S.Fişer Azərbaycana ayrılacaq kredit barədə məlumat verərək dedi ki, bu kredit Azərbaycan iqtisadiyyatında böyük dəyişikliklər yaranmasında mühüm rol oynayacaqdır.

X X X

Müharibənin yaratdığı çətinliklərlə üzbəüz qalan, Çeçenistan hadisələri ilə əlaqədar iqtisadi blokada vəziyyətinə düşən Azərbaycan beynəlxalq banklar, maliyyə strukturları tərəfindən fəal yardım gözləyir. Azərbaycan Prezidenti Heydər Əliyev bu fikri Ümumdünya Bankının baş direktoru Sven Sandstromu qəbul edərkən söylədi.

Dövlət başçısı söhbət zamanı qeyd etdi ki, Azərbaycan Ümumdünya Bankının mütəxəssisləri və ekspertləri tərəfindən qoyulan şərtləri həyata keçirmiş, iqtisadi islahatlar sahəsində irəliyə doğru mühüm addımlar atmışdır. Görüşdə həmçinin bildirildi ki, Azərbaycan dünya iqtisadiyyatına qoşulmaq, Qərblə ən fəal əməkdaşlıq etmək istəyir.

Görüşdə Ümumdünya Bankının Azərbaycana kredit ayırması məsələləri də müzakirə olundu. S.Sandstrom Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinə inandığını və ölkəmizin potensial imkanlarından xəbərdar olduğunu söylədi. O əmin olduğunu bildirdi ki, Azərbaycanın neft sənayesi, güclü neft müəssisələri yeniləşdiriləcək, ekologiya, demoqrafiya məsələləri və digər məsələlər həll ediləcəkdir.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun görüşü də maraqlı keçdi. Söhbət zamanı “Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən bəhs olundu, qarşıya çıxan bir sıra məsələlərin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

X X X

Fransanın “Elf Atigen” şirkətinin prezidenti Jofre Davosda Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünə gəldi. Söhbət zamanı bu şirkətin Azərbaycanla sıx əlaqələr qurmaq barədə təklifləri müzakirə olundu, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu və qeyd edildi ki, Azərbaycan dünyanın bütün nüfuzlu şirkətləri ilə, o cümlədən “Elf Atigen”lə faydalı münasibətlər yaratmağa hazırdır.

X X X

Respublika Prezidenti Heydər Əliyevin Dünya İqtisadi Forumunun nəşri olan “World linq” jurnalının baş redaktoru Deyvid Derjik ilə görüşü müstəqillik qazanmış Azərbaycanın dünyanın bir çox ölkələrinin diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Cənab Derjik dedi ki, Qərbin biznes dairələri Azərbaycana xüsusi maraq göstərir və gənc dövlətdə baş verən dəyişiklikləri diqqətlə izləyirlər. O, həmin marağı nəzərə alaraq, Azərbaycana gəlmək və ölkəmizin iqtisadiyyatına dair hesabat hazırlayaraq “World linq” jurnalında dərc etmək niyyətində olduğunu bildirdi, bu hesabatın Dünya İqtisadi Forumunun iştirakçısı olan dövlətlər və iş adamları, habelə dünyanın aparıcı şirkətləri, bankları və maliyyə dairələri arasında geniş yayılacağını söylədi.

Azərbaycan Prezidenti bu görüşdən məmnun olduğunu bildirərək dedi ki, ölkəmizin nəhəng sənaye potensialı vardır. Neft və qaz ehtiyatlarından başqa Azərbaycanın digər təbii sərvətlərlə, habelə işçi qüvvəsi ilə zəngin olduğunu söyləyən Heydər Əliyev kənd təsərrüfatı və sənayenin infrastrukturlarından da söhbət açaraq bildirdi ki, Azərbaycan öz iqtisadiyyatını azad bazar prinsipləri əsasında inkişaf etdimək əzmindədir və ölkəmiz dünyanın bütün sənaye investorlarının üzünə açıqdır. Azrbaycan iqtisadiyyatına dair hesabat hazırlanmasını və Dünya İqtisadi Forumunun iştirakçıları arasında yayılmasını, Azərbaycanın daha dərindən tanınması üçün bunun vacib olduğunu xüsusi vurğulayan Heydər Əliyev cənab Derjiki respublikamıza dəvət etdi və ölkəmizdə ona hər cür şərait yaradılacağını bildirdi.

X X X

Respublika Prezidenti Heydər Əliyev Davosda “Oyl kapital LTD inkorporeyted” Neft Şirkətinin prezidenti Rocer Tanras ilə görüşdü. Cənab Tanras dövlət başçısına məlumat verərək bildirdi ki, şirkət əsasən neft kəmərlərinin çəkilməsi və onların maliyyələşdirilməsi sahəsində ixtisaslaşmışdır. O, bir neçə maliyyə korporasiyasının və bankların birləşərək konsorsium yaratdığını və bu konsorsiumun dünyanın ayrı-ayrı yerlərində fəaliyyət göstərdiyini qeyd etdi. Daha sonra R.Tanras bu konsorsiumun Azərbaycanda neft kəmərinin çəkilməsində və maliyyələşdirilməsində iştirak etmək niyyətində olduğunu bildirdi.

Dövlət başçısı Heydər Əliyev ətraflı məlumat üçün təşəkkürünü bildirərək, Azərbaycanda dünyanın iri neft şirkətlərinin işlədiyini və neft kəmərinin çəkilməsi, marşrutu barədə müxtəlif təkliflər olduğunu söylədi. O, konsorsiumun üzvlərini Azərbaycana dəvət etdiyini, onlardan konkret təkliflər gözlədiyini bildirdi. Prezident istər neft kəmərinin marşrutunun müəyyənləşdirilməsində, istərsə də onun çəkilməsində və maliyyələşdirilməsində yalnız Azərbaycanın milli və dövlət mənafelərinə uyğun olan varianta üstünlük veriləcəyini vurğuladı.

X X X

Azərbaycan Pezidenti Heydər Əliyev AFR Prezidenti Roman Hersoqun Azərbaycan, Özbəkistan, Qazaxıstan, Argentina, İrlandiya prezidentləri və Belçika, Çexiya və Sinqapurun Baş nazirləri ilə keçirdiyi görüşdə də iştirak etdi.

X X X

Heydər Əliyev Davos forumunun prezidenti cənab Şvabbın bu ümumdünya iqtisadi məclisinə gəlmiş dövlət və hökumət başçıları ilə və görkəmli şəxsiyyətlərlə görüşündə iştirak etdi. Görüşdə bir sıra mühüm məsələlər barədə müzakirələr aparıldı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevin Davosda keçirdiyi görüşlərdə, söhbətlərdə və danışıqlarda respublikanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vahid Axundov və digər rəsmi şəxslər iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik