Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli Vladimir Vladimiroviç!

Xanımlar və cənablar, dostlar!

Bu yaxınlarda biz ölkəmizin müstəqilliyinin onuncu ildönümünü qeyd etdik. Rusiya federasiyası ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının on ili tamam olur. Bütün bu illər ərzində suveren Rusiya ilə suveren Azərbaycan arasında dövlətlərarası münasibətlər qurulmuşdur. Heç də hər şey rəvan deyildi, problemlər olmuşdur, çətinliklər olmuşdur, maneələr olmuşdur. Ancaq bu proses getmişdir, indi yüksələn xətlə gedir. 1997-ci ildə biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladıq. Biz qeyd etdik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Sonrakı illərdə xeyli iş görüldü. Lakin təəssüflə deməliyəm ki, biz ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin bütün potensialını reallaşdıra bilmədik.

Ötən ilin yanvarında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri oldu. Bu, bizim üçün tarixi hadisə oldu, ona görə ki, bu səfər Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Rusiya Federasiyası Prezidentinin suveren Azərbaycana ilk səfəridir. Biz bunu yüksək qiymətləndiririk. Bu səfər Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Ötən bir il ərzində çox iş görülmüşdür və indi biz, həqiqətən, strateji tərəfdaşlıq səviyyəsinə tam nail olmuşuq. Bütün bunlar bu gün bizə dövlətlərarası münasibətlərin bir çox məsələlərini müzakirə etməyə və olduqca mühüm sənədlər imzalamağa imkan verdi. Ona görə də Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri münasibətlərimizin daha da inkişaf etməsi üçün zəmin olmuşdur. Budur, indi biz əldə olunmuş razılaşmalarımızın əməli nəticələrinin, həmin səfərin əməli nəticələrinin şahidiyik.

Vladimir Vladimiroviç, Moskvaya, Rusiyaya dövlət səfərinə gəlmək barədə dəvətinizə görə Sizə təşəkkür edirəm. Mehribancasına qarşılandığımıza görə, səmimi görüşə görə, mənə və bütün nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Dünən Sizin evinizdə və bu gün keçirilmiş çox səmərəli təkbətək söhbətlərə görə Sizə təşəkkür edirəm. Hesab edirəm ki, nümayəndə heyətlərimiz arasındakı danışıqlar uğurlu olmuşdur. Bütün bunlar bizim üçün olduqca böyük əhəmiyyətə malik hadisədir. Ona görə də indi, burada, Rusiyada olduğumuz vaxtda özümüzü ən yaxın dostlar arasındakı kimi hiss edirik.

Rusiya-Azərbaycan münasibətlərinin tarixi böyük və zəngindir. Biz bir çox onilliklər ərzində birlikdə olmuş, bir dövlətdə yaşamışıq. Bu, bizi yaxınlaşdırmışdır. O illərdə Azərbaycan da çox şeyə nail olmuşdur. Rusiya Azərbaycanın sosial-iqtisadi inkişafında, elm, mədəniyyət və təhsilin inkişafında çox böyük rol oynamışdır. Ona görə də bu gün belə deməyə tam əsasamız var ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri bünövrəsini əcdadlarımızın bir çox onilliklər ərzində qoyduqları möhkəm təməl üzərində qurulur.

Vladimir Vladimiroviç fikir mübadiləsi apardığımız əsas məsələlərdən və Rusiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığın, əslində bünövrəsi olan məsələlərdən danışdı. Vladimir Vladimiroviç, mən Sizinlə tam razıyam. Odur ki, bu məsələlər üzərində dayanmayacağam. Təkcə onu demək istəyirəm ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik məsələsi, - biz Sizinlə bu barədə dünən və bu gün danışdıq, - bizim üçün də, Rusiya üçün də, bütün Avropa üçün də son dərəcə əhəmiyyətlidir.

Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının bizim üçün müstəsna əhəmiyyəti var. Bildiyiniz kimi, bu münaqişə artıq çoxdan davam edir. O, Azərbaycan ərazisinin bir hissəsinə iddia edən Ermənistan tərəfindən başlanmışdır. Bu münaqişə müharibəyə gətirib çıxarmışdır. Yeddi il bundan əvvəl biz müharibəni dayandırdıq. Lakin son nəticədə Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və işğal edilmiş rayonlardan olan bir milyon qaçqın artıq necə illərdir ağır vəziyyətdədir, onların əksəriyyəti çadırlarda yaşayır.

 

Bütün bu illər ərzində biz bu məsələ barədə Rusiya Federasiyası ilə əməkdaşlıq edirik. Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədridir və Rusiya çox iş görmüşdür. Vladimir Vladimirovic Putin Rusiya Prezidenti seçildikdən sonra bu məsələyə böyük diqqət yetirmişdir və yetirir. Mən buna görə Vladimir Vladimiroviçə minnətdaram. Amma məsələ indiyədək həll edilməyibdir. Vladimir Vladimiroviç bu barədə danışdı. Mən Sizin belə bir bəyanatınızı minnətdarlıqla qəbul edirəm ki, Rusiya münaqişənin dincliklə nizama salınması üçün bundan sonra da tədbirlər görəcəkdir. Biz münaqişənin məhz dincliklə nizama salınması mövqelərində durmuşuq, Qafqazda və Cənubi Qafqazda sülh olmasını istəyirik, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəyirik və hesab edirəm ki, bütün Cənubi Qafqaz ölkələrinin Rusiya ilə əməkdaşlığı üçün bunun böyük əhəmiyyəti olacaqdır.

Ona görə də biz gələcəyə ümidlə baxırıq və təbii olaraq, ölkəmizin ictimaiyyəti bu baxımdan Rusiyaya, Rusiyanın imkanlarına və əlbəttə, Rusiya Prezidenti Vladimir Putinə böyük ümidlər bəsləyir.

Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm və bu gün demək istəyirəm ki, Rusiya ilə münasibətlərin bizim üçün xüsusi əhəmiyyəti var. Rusiya bizim şimal qonşumuzdur. Rusiya böyük ölkədir. Rusiya nəhəng iqtisadi potensiala və böyük beynəlxalq nüfuza malik ölkədir. Rusiyada böyük dəyişikliklər baş verir. Son vaxtlar xüsusilə müsbət dəyiikliklər baş verir. Rusiyada dövlətçilik möhkəmlənir, iqtisadiyyat inkişaf edir, Rusiyanın beynəlxalq nüfuzu möhkəmlənir. Bütün bunlar bizi sevindirir, biz bunu dostcasına izləyirik, ona görə ki, Rusiyada baş verən hər şey bizim üçün böyük əhəmiyyətə malikdir. Vladimir Vladimiroviç Putinin Rusiya prezidenti seçilməsinin bunların hamısında olduqca böyük əhəmiyyəti var. Bütün bunlar onun xidmətləridir.

Vladimir Vladimiroviç, mən Sizi bu uğurlar münasibətilə təbrik etmək, Rusiya dövlətinin möhkəmləndirilməsində və Rusiya Federasiyasının inkişafında Sizə yeni-yeni müvəffəqiyyətlər arzulamaq və Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında ən xoş diləklərimi bildirmək istəyirəm.

Mən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin şərəfinə badə qaldırıram! Rusiya Federasiyasının şərəfinə! Rus xalqının şərəfinə! Rusiya-Azərbaycan dostluğunun şərəfinə! Sizin sağlığınıza!

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri ərəfəsində “Azərbaycan-Rusiya: yeni münasibətlər, yeni üfüqlər” kitabı hazırlanıb çap olunmuşdur. Kitab Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı qarşılıqlı münasibətlərə və əməkdaşlığa həsr edilmişdir.

Bu kitabda Azərbaycanın və Rusiyanın dövlət başçılarının səfərlərinə, görüşlərinə dair materiallar, Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Federal Məclisinin, Hökumətinin, nazirlik və baş idarələrinin rəhbərliyi və nümayəndələri, işgüzar dairələrin, elm, səhiyyə, mədəniyyət, idman, kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmvətənlər ilə görüşləri öz əksini tapmışdır.

Kitab Azərbaycan Respublikası Prezidentinin Katibliyi tərəfindən hazırlanmışdır.

Aslan Aslanov

Oqtay Aydınoğlu /Foto/

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov \Foto\

(Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri barədə materialın davamı qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK