RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN PAKİSTANA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan İslam Respublikasına rəsmi səfəri davam edir.
Aprelin 10-da Prezident Heydər Əliyev Pakistanın Baş naziri xanım Bənəzir Bhutto ilə danışıqlar aparmışdır. Sonra isə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin, bank-maliyyə işi sahəsində əməkdaşlığın genişləndirilməsi, ixrac məhsullarına qoyulan ikiqat vergilərin ləğvi haqqında sazişlər imzalanmışdır.
İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Bhutto birgə mətbuat konfransı keçirmişlər.
Dövlətimizin başçısı günortadan sonra bir sıra sənaye müəssisələri və kənd təsərrüfatı obyektləri ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti axşamüstü ölkənin paytaxtı İslamabaddan Lahor şəhərinə yola düşmüşdür. Aprelin 11-də dövlətimizin başçısının Pakistana rəsmi səfəri başa çatacaqdır.