Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASINA DÖVLƏT SƏFƏRİ

Rusiyada dövlət səfərində olan Azərbaycan Prezidenti Heydər Əliyev yanvarın 26-da Kremldə, onun üçün ayrılmış dövlət iqamətgahında Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanov ilə görüşmüşdür. 

Dövlətimizin başçısı cənab İvanovu səmimiyyətlə salamladı, Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya dövlət səfərinin nəticələrindən razılıqla bəhs etdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Azərbaycan-Rusiya əməkdaşlığının bütün sahələrdə daha da genişləndirilməsi və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.

X X X

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev İTAR-TASS agentliyinə gəldi. Agentliyin baş direktoru Vitali İqnatenko, baş direktorun birinci müavini Mixail Qusman və başqaları dövlətimizin başçısını böyük ehtiramla qarşıladılar.

Azərbaycan Prezidenti Heydər Əliyev İTAR-TASS agentliyinin və Rusiya Federasiyasının digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirdi, onların suallarına ətraflı cavab verdi.

Elə həmin gün burada Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) ilə Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) arasında beynəlxalq informasiya məkanında əməkdaşlıq haqqında memorandum imzalandı.

X X X

Dövlətimizin başçısı Heydər Əliyev yanvarın 26-da Azərbaycan Beynəlxalq Bankının Moskva şəhərində törəmə bankının açılış mərasimində iştirak etdi. Mərasimə toplaşanlar respublikamızın rəhbərini hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti bankın açılışını bildirən qırmızı lenti kəsdi və mərasimdə çıxış edərək kollektivə uğurlar arzuladı.

Rusiya Federasiyası Mərkəzi Bankının sədri Viktor Geraşşenko yeni bankın açılış mərasimində iştirak etdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürünü bildirdi.

Mərasim zamanı bank ilk əməliyyatını həyata keçirdi və Moskvadan Bakıya göndərilən birinci pul məbləği barədə respublikamızın rəhbərinə məlumat verildi.

X X X

SƏFƏR BAŞA ÇATDI

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına dövlət səfəri başa çatdı. Respublikamızın rəhbəri maşın karvanının müşayiəti ilə Vnukovo-2 hava limanına gəldi.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmiş hava limanında dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Rusiyanın dövlət himnləri ifa olundu.

Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlətimizin başçısı Heydər Əliyev onu yola salmaq üçün hava limanına gəlmiş Rusiya nümayəndə heyətinin üzvləri ilə sağollaşdı. Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko və RF xarici işlər nazirinin müavini Valeri Loşşinin Azərbaycan nümayəndə heyətinin üzvləri ilə xudahafizləşdilər.

Rusiya Silahlı Qüvvələri üç qoşun növünü təmsil edən fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.

X X X

Azəbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün axşam Bakıya qayıtdı.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə verdi:

- Mən bu gün ikinci dəfədir jurnalistlərlə görüşürəm. Biri Moskvada olubdur, İTAR-TASS-a getmişdim, Moskvanın böyük bir jurnalist dəstəsi ilə görüşdüm, onlarla danışdım. Mənim bu səfərim haqqında onlara da bəzi məlumatlar verdim. İndi siz də gəlmisiniz, yəqin maraqlanırsınız.

Mən iş yoldaşlarımla danışanda gördüm ki, səfərim haqqında televiziya daha çox məlumat veribdir, nəinki mən indi deyə bilərəm. Çünki mən bəzi şeyləri deyirəm, amma görürəm onlar mən demək istədiyimdən çox bilirlər. Çünki televiziya hamısını veribdir. Ona görə güman edirəm, siz də eşitmisiniz və təkrar etməyə ehtiyac yoxdur.

Mənim bu səfərimi, bizim görüşlərimizi, danışıqlarımızı, aparılan söhbətlərimizi Moskva televiziyası çox geniş işıqlandırıbdır. Sadəcə, onu deyə bilərəm ki, bu səfər Azərbaycan üçün çox əhəmiyyətlidir. Birincisi, Rusiya dövləti, Rusiyanın Prezidenti Azərbaycan Prezidentini dövlət səfəri səviyyəsində Rusiyaya, Moskvaya dəvət edibdir. Bu status, dəvət də dövlət səfərinə aid olan bütün tələblərə uyğun həyata keçirilmişdir. Yəqin ki, siz televiziya ilə bunu görmüsünüz. Təbii, hamısını görə bilməmisiniz, amma gördükləriniz sizdə müəyyən təəssürat yaradır. Bu, görünən tərəfidir.

O biri tərəfi isə, bizim görüşlərimiz, danışıqlarımızdır. Mənim gəldiyim gün, yanvarın 24-də Prezident Putinlə onun evində iki saata qədər təkbətək danışıqlarım oldu. Səhərisi gün Kremldə yenə də təkbətək görüşdük. Ondan sonra nümayəndə heyətləri də görüşdülər, sənədləri imzaladıq, mətbuata məlumat verdik. Dünən axşam Azərbaycan Prezidentinin şərəfinə Kreml sarayında böyük ziyafət verdilər.

Mən bu gün xarici işlər naziri İvanov ilə ayrıca görüşdüm. Dünən hökumətin sədri cənab Kasyanov ilə də ayrıca görüşmüşdüm. Bu gün də İTAR-TASS-da görüşdüm. Bizim Beynəlxalq Bankın Moskvada nümayəndəliyi açılırdı. Gedib oranı da ziyarət etdim və sonra da buraya gəlmişəm.

Mən səfərin nəticələrindən çox məmnunam. Çünki birincisi, bizi maraqlandıran, hər iki tərəfi maraqlandıran məsələləri çox ətraflı müzakirə etdik. Qafqazdakı vəziyyəti müzakirə etdik. Beynəlxalq məsələlər haqqında fikir mübadiləsi apardıq. Bunlar hamısı bizim üçün çox vacibdir. Çünki bir çox məsələlərdə biz öz mövqelərimizi bildirməliyik və Rusiyanın mövqeyini bilməliyik. Ona görə də bu, çox vacibdir və çox da əhəmiyyətlidir. İkincisi, bütün bu danışıqların nəticəsində, əvvəlcədən aparılmış hazırlığın nəticəsində biz çox əhəmiyyətli sənədlər imzaladıq.

Prezident Putin və mən bizim əlaqələrimiz haqqında, əlaqələrimizin məzmunu və prinsipləri haqqında birgə bəyanat imzaladıq. Sonra uzunmüddətli əməkdaşlıq üçün, 2010-cu ilə qədər Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı haqqında müqavilə imzaladıq və ona əlavə olaraq başqa iki sənəd imzaladıq. Nəhayət, Qəbələ radiolokasiya stansiyası haqqında saziş imzaladıq, başqa məsələlər barəsində də sazişlər imzaladıq. Bunların hamısı Azərbaycan üçün çox əhəmiyyətli sənədlərdir və hesab edirəm ki, bunlar eyni zamanda, Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etməsinə çox böyük təkan verir.

Səfərin nəticəsi olaraq, mən bəyan etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yüksək səviyyədədir. Keçən il Prezident Putinin Azərbaycana gəlməsi və onun Azərbaycana səfərindən sonra aparılan işlər, bunların nəticəsində dünənki görüşlərimiz və imzaladığımız sənədlər – hamısı birlikdə bizim onillik diplomatik əlaqələrimiz dövründə Rusiya-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırıbdır. Bu da bizim milli mənafeyimizə, milli maraqlarımıza tamamilə cavab verən bir haldır. Ona görə biz bundan məmnun olmalıyıq. Bunun əsasında, hesab edirəm ki, Rusiya ilə bütün sahələrdə, əsas sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Güman edirəm ki, bundan həm Rusiya böyük fayda götürəcəkdir, həm də Azərbaycan böyük fayda götürəcəkdir. Sizə yenə də deyirəm, biz öz milli maraqlarımızı təmin etmək üçün bu yol ilə davam etməliyik.

 

SUAL: Cənab Prezident, Qəbələ radiolokasiya stansiyasını icarəyə götürməklə Rusiyanın Azərbaycanda hərbi obyekt əldə etməsi haqqında fikirlər dolaşır. Buna münasibətiniz necədir?

CAVAB: Birincisi, Qəbələ radiolokasiya stansiyası 10 ildir Rusiya tərəfindən istifadə olunur. İndi isə biz həmin 10 il istifadə olunan Qəbələ stansiyasına, sadəcə, müəyyən hüquq verdik. Yəni, sənəd imzaladıq, onu icarəyə verdik.

Mənim 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfərim zamanı biz Rusiya ilə bütün borclarımızı araşdırıb sıfır həddinə çıxmışdıq. Yəni bizim onlara o vaxta qədər olan borcumuzu, onların bizə olan borclarını müəyyən etdik və bu, sıfır həddində idi. Ona görə 1997-ci ildən sonra onlar Qəbələ stansiyasını istifadə etmək üçün ildə 6 milyon 200 min dollar bizə borcludurlar. Beləliklə, bizə 31 milyon dollar borcludurlar. Beləliklə, biz Qəbələ stansiyasından ildə 13 milyon dollar fayda götürəcəyik. Amma indiyə qədər Qəbələ stansiyası durub orada, istifadə olunub və biz heç bir şey əldə etməmişik.

İkincisi, indi, müqavilə imzalanandan sonra biz Qəbələ stansiyasında birgə monitorinq aparacağıq, vəziyyəti öyrənəcəyik. Onlar da oradan arxayınlıqla istifadə edəcəklər və onun ətrafı daha da yaxşı olacaqdır. Onu da nəzərə almalısınız ki, orada 1300 Azərbaycan vətəndaşı işləyir. Özü də yüksək maaş alırlar. Bunu da nəzərə almaq lazımdır. Ona görə hesab edirəm ki, bu məsələdə həm Azərbaycanın maraqları, həm də Rusiyanın maraqları təmin olunubdur. Çox yaxşı müqavilədir.

SUAL: Cənab Prezident, bu müqavilənin Azərbaycan ilə Rusiya arasında digər sahələrdə əməkdaşlığa, o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsiri olacaqmı?

CAVAB: Bilirsiniz, hər müqavilənin özünün məqsədi var. Bir müqavilənin o biri məsələyə təsiri olacaq, olmayacaq, bunu ölçmək mümkün deyildir. Mən istəməzdim ki, bunları bir-biri ilə bağlayaq.

SUAL: Cənab Prezident, Xəzərin statusu məsələsində keçmiş SSRİ ölkələrinin bir mövqedən çıxış etdiyi bildirilir. Bu məsələdə İran olmadan, hansısa razılaşma əldə edilə bilərmi?

CAVAB: Siz bilirsiniz ki, mən heç vaxt həmişə qabağa qaçmağı sevmirəm. Nə ola bilər, mən bunu heç vaxt demirəm. Bu sizsiniz ki, hər dəfə müəyyən mülahizələr söyləyirsiniz, ondan sonra da mübahisə aparırsınız. Onu deyə bilərəm ki, görüşlərimiz nəticəsində, mənim Prezident Putinlə danışıqlarım nəticəsində biz bu barədə də irəliyə getdik.

Bilirsiniz ki, bir il bundan öncə biz Rusiya ilə Azərbaycan arasında Xəzərdən istifadə olunmasının prinsipləri haqqında, Xəzərin dibinin mineral ehtiyatlarından istifadə edilməsi haqqında bir sənəd imzalamışıq. Belə bir sənədi Moskvada Qazaxıstanla da imzaladıq. Xatirinizdədir ki, yayda Soçidə olanda biz üçümüz – Rusiya Prezidenti, Qazaxıstan Prezidenti, Azərbaycan Prezidenti Xəzərdən istifadə haqqında bir bəyanat da verdik. İndi bunlar hamısı bir də təsdiq olundu və biz irəliyə getdik. Prezident Putinlə mən razılaşdıq. Hər iki tərəfə tapşıracağıq. Biz prinsiplər haqqında sənəd imzalamışıq. Amma orta xətti müəyyən etmək lazımdır.

Məsələn, Prezident Putin mənə dedi ki, Qazaxıstanla Rusiya arasında orta xətti artıq razılaşdırıblar və sənəd də imzalanacaqdır. Biz də Rusiya ilə orta xətti müəyyən edirik. Beləliklə, biz irəliyə gedirik. Güman edirəm ki, o biri ölkələr də bir-biri ilə danışacaq, bizimlə danışacaqlar, Rusiya ilə danışacaqlar. Hesab edirəm ki, Xəzəryanı ölkələr nəhayət, bu sahədə beynəlxalq hüquq normalarına əsaslanan razılığa gələ biləcəklər.

SUAL: Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı bir müzakirə aparıldımı?

CAVAB: Çox müzakirə aparıldı. Bilirsiniz, mən, demək olar ki, Prezident Putinlə təkbətək də, nümayəndə heyəti ilə birlikdə də danışıqlarımın çox hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına həsr etdim. Orada dedim, yəqin bunu televiziyada veriblər, ya verəcəklər. Dedim ki, Azərbaycan cəmiyyəti Rusiyaya çox böyük ümid bəsləyir və belə fikirləşir ki, Rusiya bu məsələni həll edə bilər, Rusiya bu məsələnin aradan qaldırılmasında həlledici rol oynaya bilər. Azərbaycanın cəmiyyətində belə ümidlər var. Dedim, mən də belə fikirdəyəm ki, bu məslənin həll olunmasında Rusiya çox həlledici rol oynaya bilər. Mən bunların hamısını demişəm və danışmışam.

SUAL: Cənab Prezident, Siz Rusiyada olanda ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr Nikolay Qribkov belə bir bəyanat verdi ki, prezidentlər kompromisə getməyə artıq razıdırlar. Təkcə ictimaiyyəti buna hazırlamaq qalır. Bu fikrə münasibətiniz necədir?

CAVAB: Bilirsiniz, mən orada Qribkovu görmüşəm. Qribkov dünən də bizim yanımızda idi. Onu bir necə dəfə görmüşəm, mənə belə bir şey deməyibdir. Bilmirəm, harada deyibdir.

 

SUAL: Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya əvvəllər deyirdi ki, bu məsələni Azərbaycan və Ermənistan özləri həll etsin. Ancaq Sizin Moskvaya səfərinizdən, Prezident Putinin danışıqlarından da gördünüz ki, Rusiya bu sahədə müsbət rol oynamaq istəyir. Rusiyanın fikrini dəyişməsi nədən ola bilər?

CAVAB: Əziz dostum, bilirsiniz, Rusiya da belə deyir, Amerika da belə deyir, Fransa da belə deyir, bizim qardaşımız Türkiyə də belə deyir ki, bu məsələni özünüz həll edin, siz, yəni Ermənistan Prezidenti və Azərbaycan Prezidenti hansı qərarı qəbul etsəniz, biz onu dəstəkləyəcəyik. Bu fikri həmişə deyirlər və bu dəfə də deyiblər. Amma mən bu dəfə çalışırdım Rusiyaya inandırım ki, biz iki Prezident çalışırıq, yəni çalışırıq deyəndə, bir yerdə çalışmırıq, Ermənistanın öz marağı var, bizim də öz marağımız var. Amma görüşlərdə hiss edirəm ki, Ermənistan tərəfi də, Azərbaycan tərəfi də bu məsələnin həll olunmasını istəyir. Ancaq hələ ki, bunu həll edə bilməmişik. Ona görə mən indi Prezident Putinlə danışarkən ondan xahiş edirdim ki, Rusiya bu barədə əlavə addımlar ata bilsin. Indi bilmirəm, nə olacaqdır.

SUAL: Cənab Prezident, 907-ci düzəlişin ləğvi Azərbaycan-Amerika münasibətlərində hansı üstünlüklər yarada biləcəkdir? Dünən Prezident Buş həmin sənədə imza atıbdır.

CAVAB: Siz özünüz bilirsiniz, neçə ildir, 1992-ci ildən 907-ci düzəliş mövcuddur. Biz də çalışırdıq ki, onu götürsünlər. Bunun daha çox siyasi əhəmiyyəti var. Ola bilər, vaxtilə, bizim hansısa yardıma ehtiyacımız olanda bunun iqtisadi əhəmiyyəti var idi. İndi bizim o yardıma o qədər də böyük ehtiyacımız yoxdur. Amma bunun siyasi əhəmiyyəti böyükdür. Mən çox məmnunam ki, nəhayət, Amerikanın Prezidenti cənab Buş bu 907-ci düzəlişi dayandırıbdır. Bu, yaxşı haldır.

SUAL: Cənab Prezident, Avropa Şurasının son qətnaməsini necə dəyərləndirirsiniz? Siz burada olmayan vaxt Avropa Şurası Parlament Assambleyasının iclası Azərbaycana qarşı qətnamə qəbul etmişdir.

CAVAB: Necə dəyərləndirirəm, əlbəttə, istəməzdik ki, belə qətnamə qəbul olunsun. Yəqin oradakı proseslər haqqında sizin məlumatınız var. Burada iş yoldaşlarım danışdılar ki, televiziya bu barədə geniş məlumat veribdir. Bunda bir faciə, heç bir şey yoxdur. Mən hesab etmirəm ki, burada bir problem var. Narahat olmayın, heç kəs narahat olmasın. Bəzi adamlar var, onlar da narahat olmasın.

SUAL: Cənab Prezident, Sizin Moskvaya səfəriniz ərəfəsində Rusiya Federal Sərhəd Xidmətinin başçısı Totski narahatlığını bildirmişdi ki, NATO Rusiya sərhədlərinə getdikcə daha çox yaxınlaşır, eyni zamanda, Azərbaycana və Gürcüstana yaxınlaşır. Dünənki görüşdə o da iştirak edirdi. Orada bu məsələyə toxunuldumu?

CAVAB: Mən onun bu barədə dediyini eşitməmişəm. Yeri gəlmişkən, o, bizim xarici işlər naziri ilə birlikdə sərhəd nümayəndələrinin fəaliyyəti haqqında saziş imzalamışdır. Mən ondan heç nə eşitmədim. Əgər o demişdirsə, ondan soruşun, mən bilmirəm.

SUAL: Azərbaycanın hava hücumundan müdafiə sisteminin Rusiya tərəfindən modernləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə edildimi?

CAVAB: Biz bu məsələyə toxunmamışıq.

SUAL: Cənab Prezident, Rusiyanın iki böyük şirkəti Bakı-Ceyhan neft kəmərinin tikintisinə qoşulacağını açıqlamışdır. Rusiya rəsmilərinin mövqeyi necədir, bu məsələ ətrafında fikir mübadiləsi aparıldımı?

CAVAB: Bilirsiniz, bu, elə bir məsələ deyil ki, biz bu barədə fikir mübadiləsi aparaq. Çünki əgər Rusiya şirkətləri Bakı-Ceyhana qatılmaq istəyirlərsə, bu, açıqdır, gəlib qatıla bilərlər. Amma mən də bilirəm ki, bəzi belə təkliflər irəliyə sürülübdür. Amma bu elə bir məsələ deyil ki, bunu iki prezident müzakirə etsin. Biz Xəzərin statusu barəsində çox geniş fikir mübadiləsi apardıq. Mən danışıqların nəticəsindən məmnunam. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib