Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏUDİYYƏ ƏRƏBİSTANINA RƏSMİ SƏFƏRİ

Müstəqillik və suverenlik yolu ilə irəliləyən Azərbaycan Respublikası dünyanın müxtəlif ölkələri ilə birbaşa əlaqələri, bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Fəal diplomatik əlaqələr və işgüzar əməkdaşlıq ölkəmizin iqtisadi inkişafına təkan verir, müharibənin sülh yolu ilə başa çatdırılması imkanlarını artırır, Azərbaycanın dünya miqyasında mövqelərini gücləndirir. Bu işdə dövlətin məqsədyönlü xarici siyasəti də mühüm rol oynayır.

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudun dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşmüşdür. Səfər zamanı iki ölkə arasında münasibətləri möhkəmləndirmək məqsədilə bir sıra sənədlərin imzalanması nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidenti yola düşmək ərəfəsində səfərin məqsədləri barədə müxbirin sualına cavab vermişdir.

Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər yola salmışlar.

Səfərdə Azərbaycan Prezidentini Respublika Baş nazirinin birinci müavini Fuad Quliyev, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli və Vahid Axundov, Baş nazirin müavini Elçin Əfəndiyev, nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və başqa rəsmi şəxslər müşayiət edirlər.

X X X
Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına gəldi. Ciddə hava limanında Azərbaycan dövlətinin başçısını Səudiyyə Ərəbistanı məlikinin qardaşı, ölkənin müdafiə və mülki aviasiya naziri şahzadə Sultan ibn Əbdül Əziz, Məkkə əmiri şahzadə Mütaib ibn Əbdül Əziz, xarici işlər naziri şahzadə Səud əl-Feysəl, məlikin xüsusi müşavirləri və digər rəsmi şəxslər qarşıladılar.

X X X
Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfər proqramı Məkkədəki müqəddəs Kəbənin ziyarəti ilə başlandı. Heydər Əliyev və onu müşayiət edən şəxslər müqəddəs Kəbəni İslam dininin tələblərinə uyğun şəkildə ziyarət etdilər. Azərbaycan dövlətinin başçısı Kəbənin önündə dayanaraq dedi ki, yəqin Allah-təala bu müqəddəs ziyarətgahda bizim haqq səsimizi eşidərək dualarımızı, ziyarətimizi qəbul edəcək, Azərbaycan torpağında tezliklə sülh, əmin-amanlıq yaranacaq, ölkəmiz özünün ərazi bütövlüyünü təmin edərək müstəqillik yolu ilə irəliləyəcəkdir.

X X X
İyulun 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Ciddədə onun üçün ayrılmış iqamətgahda İslam Konfransı Təşkilatının (İKT) baş katibinin əvəzini qəbul etdi (baş katib hazırda səfərdədir). Heydər Əliyev bildirdi ki, keçmiş SSRİ-nin müsəlman respublikalarından İKT-yə ilk dəfə Azərbaycan daxil olmuşdur və ölkəmiz bu təşkilatla əlaqələri genişləndirmək niyyətindədir. O dedi ki, eyni zamanda, Azərbaycanın indiki vəziyyətində biz İKT-dən kömək də umuruq.

İslam Konfransı Təşkilatı baş katibinin əvəzi İKT-nin fəaliyyəti barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verərək bildirdi ki, təşkilatın əsas məramı müsəlman ölkələri arasında həmrəyliyə nail olmaq və əməkdaşlığı genişləndirməkdir. İKT Azərbaycanın iqtisadi vəziyyəti ilə yaxından tanışdır və onun daxili, xarici siyasəti ilə də maraqlanır.

Tərəflər belə bir yekdil fikrə gəldilər ki, İslam Konfransı Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar vardır.

Sonra Heydər Əliyev və səfərdə onu müşayiət edən şəxslər Ciddədəki Sənaye-Ticarət Palatasına getdilər. Palatanın prezidenti Şeyx İsmayıl Əbu Davud Azərbaycan Prezidentinə Sənaye-Ticarət Palatasının fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd etdi ki, 30 mindən çox üzvü olan palata dünyanın bir çox ölkələri ilə sıx, işgüzar əlaqələr saxlayır. Azərbaycanla əlaqələr yaratmaq barədə də danışıqlar aparılır.

Heydər Əliyev bildirdi ki, Azərbaycan təxminən iki il bundan əvvəl öz müstəqilliyini bərpa etmiş gənc dövlətdir. Biz iqtisadiyyatda bazar münasibətlərinə keçid yolu tutmuşuq. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdən ötrü ilk addımlar atılır.

Ölkəmizin daxilində sabitlik mövcuddur. Ermənistanın hərbi təcavüzünə gəldikdə isə, Azərbaycan özünün ərazi bütövlüyünü tezliklə təmin edəcəkdir.

Heydər Əliyev Azərbaycana xarici investisiyaların cəlb edilməsi məsələsinə toxunaraq bildirdi ki, Prezident bu investisiyaların qorunmasının təminatçısıdır. O, inkişaf etmiş ölkələrin neft şirkətləri ilə gedən danışıqlar barədə məlumat verərək dedi ki, xarici investorlar ölkəmizə inanırlar. Ərəb biznesmenləri də bu məsələdə arxayın ola bilərlər.

Heydər Əliyevin “VII əsrdə torpağınızda İslam dininin bəsət etməsi ilə bizi xoşbəxt etdiniz, yəqin ki, indiki çətin vəziyyətimizdə də bizi tək qoymazsınız” sözlərini görüş iştirakçıları alqışlarla qarşıladılar. Sənaye-Ticarət Palatasındakı görüş qarşılıqlı surətdə faydalı əməkdaşlığın zəruriliyinə hər iki tərəfdə möhkəm inam yaratdı.

X X X
İyulun 10-da günortadan sonra Azərbaycan Prezidenti öz iqamətgahında İslam Birliyi Cəmiyyətinin baş katibi Əhməd Məhəmməd Əlini qəbul etdi. Ölkəmizdəki vəziyyət barədə söhbət açan Heydər Əliyev respublikamıza maddi kömək göstərilməsi lüzumu ilə yanaşı, Azərbaycan həqiqətlərini dünya miqyasında təbliğ etməyin zəruriliyindən də danışdı.

Həmin gün Azərbaycan dövlətinin başçısı Beynəlxalq İslam “Nicat” Təşkilatının baş katibi Fərid Yasin əl-Quraşini də qəbul etdi. Dünyanın 90 ölkəsində fəaliyyət göstərən bu təşkilat Azərbaycan qaçqınlarına böyük kömək edir. 13 min qaçqın ailəsini himayəyə götürmüşdür, bu yaxınlarda iki təyyarə ilə Azərbaycana humanitar yardım göndərmişdir. Təşkilat Azərbaycanın iqtisadi inkişafı məsələləri ilə də maraqlanır. Baş katib Prezident Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi.

Görüşdə qeyd olundu ki, “Nicat” təşkilatı Azərbaycanda yeni iş yerləri açılması və Bakıda xəstəxana tikintisi ilə bağlı tezliklə işə başlayacaqdır.

Sonra Azərbaycan Prezidenti İslam İnkişaf Bankının prezidenti Osama Cəfər Faqulini qəbul etdi. Görüşdə bankın Azərbaycana maliyyə yardımı göstərməsi, ölkəmizin vəziyyəti ilə bağlı bir sıra başqa məsələlər barədə söhbət getdi. Belə bir razılıq əldə olundu ki, konkret təkliflər tezliklə ekspertlərin müzakirəsinə verilsin.

X X X
İyulun 10-da axşam Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səud Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə böyük ziyafət verdi. Sonra yüksək səviyyədə Azərbaycan-Səudiyyə Ərəbistanı danışıqları başlandı.

Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfəri davam edir.

Aslan Aslanov

AZƏRTAC–ın xüsusi müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir