RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BAKIYA QAYITMIŞDIR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev faşizm üzərində böyük Qələbənin 50 illiyi münasibətilə Londonda, Parisdə və Moskvada keçirilən təntənələrdə iştirak etdikdən sonra mayın 10-da səhərə yaxın Bakıya qayıtmışdır.

Bina hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Apartatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşılamışlar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-London-Paris-Moskva-Bakı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin