RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ YOLA DÜŞMÜŞDÜR

AZƏRTAC-ın Türkiyədəki müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müayinə və müalicəsini davam etdirmək üçün avqustun 6-da Bakı vaxtı ilə saat 12.30-da Ankaradan ABŞ-ın Klivlend şəhərinə yola düşmüşdür.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İ.H.ƏLİYEVƏ HAQQI ÖDƏNİLMƏYƏN MƏZUNİYYƏTİN VERİLMƏSİ HAQQINDAAZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 69.2-ci və 70.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikasının Baş naziri İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasının Prezidentliyinə namizəd qismində seçkiqabağı təşviqatda və seçkilərdə iştirakının təmin edilməsi məqsədi ilə 2003-cü il avqustun 6-dan başlayaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi günədək haqqı ödənilməyən məzuniyyət verilsin. 2. Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərinin icrası bu qərarın 1-ci bəndində göstərilən müddətdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Artur Tahir oğlu Rasizadəyə həvalə edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri

***

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ GƏLMİŞDİR

AZƏRTAC-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müayinə və müalicəsini davam etdirmək üçün avqustun 6-da yerli vaxtla saat 18.00-da ABŞ-ın Klivlend şəhərinə gəlmişdir. Prezident Heydər Əliyevi Klivlendin hava limanında Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev qarşılamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin