RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLEND KLİNİKASINDA SƏS VERMİŞDİR
Respublikamızın Vaşinqtondakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin klinikasında müalicə olunan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 15-də yerli vaxtla saat 8.30-da (Bakı vaxtı ilə saat 17.30-da) səs vermişdir.
Ölkəmizin Vaşinqtondakı səfirliyində prezident seçkilərinin keçirilməsi üçün təşkil edilmiş 17 saylı Yasamal üçüncü seçki dairəsinin Vaşinqton seçki məntəqəsinin komissiya üzvləri daşınan seçki qutusunu Klivlendə çatdırmış, beləliklə, Prezident Heydər Əliyevin və orada olan digər Azərbaycan vətəndaşlarının seçki hüquqları təmin edilmişdir.