RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUMINİYA PREZİDENTİ İON İLİYESKU İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidenti ilə görüşündən çox məmnun olduğunu söyləyən İon İliyesku respublikamıza yaxın dost münasibəti bəslədiyini vurğuladı.
Prezidentlər ATƏT-in Budapeşt zirvə toplantısında keçirdikləri görüşün nəticələrindən razılıqla söhbət açdılar və bildirdilər ki, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün belə görüşlərin böyük əhəmiyyəti vardır.
Söhbət zamanı ölkələrimiz üçün xüsusi maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Qeyd edildi ki qarşılıqlı surətdə faydalı əlaqələr üçün yaranan imkanlardan maksimum səmərə ilə istifadə edilməsi və bunun üçün lazım olan hüquqi sənədlərin hazırlanmasına diqqət artırılmalıdır.
İon İliyesku Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, işğal olunmuş ərazilərimizin azad ediıməsi məqsədi ilə Budapeşt zirvə toplantısında qəbul olunmuş qətnamənin necə həyata keçirildiyi ilə maraqlandı. Azərbaycan Prezident bu istiqamətdə görülən işlərdən ətraflı söhbət açdı.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi edildi.