RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ BAŞ NAZİRİ VİKTOR ÇERNOMIRDİNLƏ GÖRÜŞMÜŞDÜR
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Kopenhagendə Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdin ilə görüşmüşdür.
Azərbaycan dövlətinin rəhbəri Baş nazir Çernomırdinin sosial inkişafa dair bu toplantıdakı çıxışını diqqətlə dinlədiyini bildirdi və onu bu çıxış münasibətilə təbrik etdi.
Heydər Əliyev ölkələrimiz arasında sərhədlərin və nəqliyyat kommunikasiyalarının tezliklə açılmasının zəruriliyinə Çernomırdinin diqqətini bir daha cəlb etdi. Qeyd olundu ki, ticarət-iqtisadi əlaqələrin bərpası və genişləndirilməsi hər iki dövlətin mənafeyinə cavab verir.
Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair sülh danışıqlarının fəallaşdırılması, Rusiya ilə Azərbaycan arasında çoxcəhətli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələləri də müzakirə etdilər.
Görüş səmimilik və dostluq şəraitində keçdi.