Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Ötən illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi işində, ictimai və iqtisadi həyatın bütün sahələrində dərin dəyişikliklərin həyata keçirilməsində dost Azərbaycanın nail olduğu sanballı müsbət nəticələr bizə - sizin qonşularınıza xüsusən aydın görünür.

Ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunuq. Əminəm ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi bundan sonra da ikitərəfli münasibətlərin genişləndirilməsinə, Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə kömək edəcəkdir.

Müstəqil Dövlətlər Birliyinin işinin səmərəsini artırmağa yönəldilmiş birgə səylərimizi davam etdirmək niyyətindəyik. MDB-nin bu yaxınlarda Kişinyovda keçirilmiş Zirvə görüşü bir daha inandırıcı şəkildə sübut etdi ki, müasir dünya inkişafının tələblərinə uyğun olan inteqrasiya proseslərinin əsaslı şəkildə dərinləşdirilməsi üçün Birliyin ciddi potensialı vardır.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin