Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Azərbaycan Respublikasının milli bayramı- Dövlət müstəqilliyi günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz ilə aparılan məqsədyönlü və ardıcıl siyasət sayəsində Azərbaycan azad inkişaf yolunda, öz dövlətçiliyinin və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi işində böyük uğurlar qazanmışdır.

Əminəm ki, müstəqillik illərində Qazaxıstan ilə Azərbaycan arasında təşəkkül tapmış, etimada və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətləri bundan sonra da ölkələrimizin xalqlarının rifahı naminə dönmədən inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezideti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin