Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu, 

Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə Sizə ən səmimi təbriklərlə müraciət etmək istəyirəm.

Azərbaycanın qonaqpərvər torpağına bu yaxınlarda səfər etmək şərəfi nəsib olarkən, azad inkişaf illərində qardaş Azərbaycan xalqının öz dövlətçiliyini qurmaq və möhkəmlətmək sahəsində necə heyrətamiz uğurlar qazandığını öz gözlərimlə gördüm.

Qeyd etmək xüsusilə xoşdur ki, indiki bayram şənlikləri, həqiqətən, XXI əsrin layihəsi adlandırıla biləcək və həyata keçirilməsinə bu qədər qüvvə və enerji sərf etdiyimiz Bakı-Ceyhan neft kəmərinin tikintisinə başlanması ilə bir vaxta düşmüşdür.

Sonda Sizə və bütün həmvətənlərinizə seçdiyiniz yolda uğurlar, səadət və ən xoş nemətlər arzulayıram.

Dərin ehtiram və sədaqətli dostluq hissləri ilə,

Eduard Şevardnadze

Gürcüstan Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin