Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Zati-aliləri,

Çox hörmətli Heydər Əlirza oğlu!

80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bir çox onilliklər ərzində ən məsul dövlət vəzifələrində Sizin əməyiniz yüksək peşəkarlıqla və insanlara həqiqi qayğı ilə əlamətdar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyət göstərdiyiniz dövrdə müdrik rəhbər və məsuliyyətli siyasətçi kimi Siz müxtəlif xalqların və dinlərin nümayəndələri, təkcə Azərbaycanın deyil, həm də dünyanın bir çox dövlətlərinin vətəndaşları arasında hörmət və yüksək nüfuz qazanmısınız. Bu, Sizin çox yüksək xidmətlərinizin və əməyinizin səmərəliliyinin təsdiqidir.

Rus Pravoslav Kilsəsi Azərbaycan Respublikasının pravoslav sakinlərinin həyatına Sizin şəxsən qayğı göstərməyinizi yüksək qiymətləndirir. Bakıda əzəmətli baş kafedral kilsənin ucaldılması buna sübutdur.

Çox hörmətli Heydər Əlirza oğlu, əlamətdar yubiley münasibətilə Sizi bir daha təbrik edir, Sizə və Azərbaycanın bütün əməksevər xalqına əmin-amanlıq, sülh, sevinc və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

II Aleksi

Moskvanın və bütün Rusiyanın Patriarxı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin