Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Respublika günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi göndərirəm. Azərbaycanda ilk respublika öz müstəqilliyini 1918-ci il mayın 28-də elan etmişdir. Bu, İslam aləmində ilk dünyəvi və demokratik dövlət olmuş və birbaşa bugünkü Azərbaycana gətirib çıxarmışdır. Azərbaycanlılar haqlı olaraq bu tarixi hadisə və bugünkü Azərbaycanın əldə etdiyi çoxlu nailiyyətlərlə fəxr edə bilərlər.

1918-ci ildə olduğu kimi, hazırkı dövr də konstruktivlik, cəsarət və mətanət tələb edir. Azərbaycan bu keyfiyyətləri terrorizmlə mübarizədəki qətiyyəti və Əfqanıstanda sülh əldə olunmasında iştirak etmək istəyi ilə nümayiş etdirdi. Bizim ümumi maraqlarımız naminə yaxın əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir və bilirəm ki, birlikdə biz Qafqazda sülhün, sabitliyin və rifahın əldə olunması məqsədlərinə nail ola bilərik.

Səmimiyyətlə,

Corc Buş

Amerika Birləşmiş Ştatlarının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin