Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

Dost və qardaş Azərbaycanın milli gününü şəxsən öz adımdan və bütün türk xalqı adından səmimiyyətlə təbrik edirəm.

Türkiyə Azərbaycan xalqının bu xoşbəxt gününü eyni sevinc və həyəcanla bölüşür.

Ölkələrimiz arasında çox yaxşı səviyyədə olan əlaqələr bölgəmizdəki digər ölkələr üçün örnək olacaq səviyyədə inkişaf edir. İnanırıq ki, gücü dərin tarixi, mədəni və bəşəri tellərlə bağlı olan əməkdaşlığımız, xalqlarımızın həmrəyliyi ilə daha da güclənəcək və gələcək nəsillərin ümumi faydasına xidmət edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alilərinizə sağlamlıq və xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqının rifahı naminə ən xoş diləklərimi bildirirəm.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezideti

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin