Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Azərbaycan Respublikasının müstəqillik günü münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Hər iki ölkənin xalqları arasında qarşılıqlı səmimi və dostluq münasibətləri mövcuddur. Əminəm ki, hökumətlərimizin səyləri nəticəsində iqtisadi əməkdaşlıq sahəsindəki münasibətlərimiz gələcəkdə daha da möhkəmlənəcəkdir.

Azərbaycandakı tərəqqini və iqtisadi inkişafı böyük maraqla izləyirik. Ümid edirik ki, xalqlarımız yeni və daha mühüm sahələri müəyyən edəcək və onların vasitəsilə bir-birinin iqtisadi tərəqqisi naminə səy göstərəcəklər.

Zati-aliləri, Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

K.R.Narayanan

Hindistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin