Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Milli gününüz münasibətilə şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və Azərbaycan Respublikasının xalqına təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətləri gələcəkdə inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

Piter Hollinquort

Avstraliya Birliyinin general-qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin