Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Respublika günü münasibətilə Zati-alilərinizə, Azərbaycan hökumətinə və xalqına Pakistan hökuməti və xalqı adından, eləcə də öz adımdan böyük məmnuniyyətlə təbrikimi və səmimi arzularımı yetirirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan, xalqlarımızın inkişafına və firavanlığına yönəlmiş dostcasına və səmimi əlaqələr daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alilərinizə ən xoş arzularımı çatdırıram, Azərbaycan xalqına əmin-amanlıq, səadət və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, mənim ali ehtiramımı qəbul edəsiniz.

General Pərviz Müşərrəf

Pakistan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin