Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Milli bayramınız münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi yetirməkdən çox məmnunam.

Qlobal məqsədlər daşıyan dövrümüz qlobal səviyyədə əməkdaşlıq tələb edir. Birləşmiş Millətlər Təşkilatı bütün dövlətlərə və xalqlara öz maraqlarını ifadə etmək üçün imkan yaradır. Bu, bəşəriyyətin tərəqqisi üçün ümumi bir vasitədir. Bu vasitə ilə bütün insanlar bərabər çalışaraq qanunun aliliyini gücləndirər, insanların qəddarlığının və acgözlüyünün qarşısını alar, təbiətin qiymətli ehtiyatlarını qoruyar, kişi və qadın hüquqlarının bərabərliyini dəstəkləyər, eləcə də yoxsullar və acizlərin əziyyətini azalda bilərlər. Bu məqsədlərə nail olmaq üçün bizim siyasi, elmi və texnoloji qüvvəmiz var. Qarşımızda duran vəzifə ümumi maraqları nəzərə alıb gücümüzü birləşdirmək və beynəlxalq əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. Əminəm ki, Azərbaycan xalqı və hökuməti bu vəzifənin yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir. Mən elə bu əməkdaşlıq ruhunda da mühüm ümumilli bayram münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramıma əmin olasınız.

Koffi Annan

Birləşmiş Millətlər Təşkilatının

Baş Katibi

23 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin