Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətlərinin daha da inkişafına nikbinliklə baxır, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə bu münasibətlərin daha da dərinləşməsi üçün var qüvvəmizi sərf etməyə hazır olduğumuzu bildiririk.

Hörmətli Heydər Əlirza oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycanın dost xalqına isə sülh və firavanlıq arzulayıram.

Səmimiyətlə,

Emoməli Rəhmonov

Tacikistan Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin