Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident,

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı naminə Sizinlə birlikdə çalışacağımı bir daha təkrar etməkdən şərəf duyuram.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və yüksəliş diləklərimi yetirməklə hörmət və ehtiramımı bildirirəm.

Əbdüləziz Buteflika

Əlcəzair Xalq Demokratik

Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin