Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Respublika günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Zati-alilərinizə ən səmimi təbriklərimi göndərməkdən məmnunluq duyuram. 

Bu münasibətlə ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən əlaqələri çox yüksək qiymətləndirir, Zati-alilərinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha böyük irəliləyiş və çiçəklənmə arzulayıram.

Ən səmimi salamlarla və ali təqdirlə,

Fəhd bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi

Səudiyyə Ərəbistanının Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin