Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Milli bayramınız münasibətilə bütün kanadalıların adından Sizi və Azərbaycan Respublikasının xalqını təbrik edirəm. 

Kanada demokratik və dünyəvi cəmiyyətin qurulması, sərbəst bazar iqtisadiyyatının dəstəklənməsi və hüququn rolunun möhkəmləndirilməsi yolunda Azərbaycanın təşəbbüslərini böyük maraqla izləyir. Azərbaycanın sülhsevər, firavan və sabit cəmiyyətinin gələcəyi məhz bu təşəbbüslərə bağlıdır.

Azərbaycana sülh, firavanlıq və demokratiya yolunun inkişafında müvəffəqiyyətlər arzulayıram.

Andrienn Klarkson

Kanadanın general-qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin